Notebook Cərəyan

Salam Notebukun zaryatkası dolandan sonra onu 15dəq və ya 6-7saat tokda saxlamaq hansı səbəblərin nəticəsi ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Miki99 (2014-03-03 20:38:29)
@NModem

Miki99 (2014-02-23 20:03:41)
Bes zaryatka 100% olduqda ne saat saxliyir?

Miki99 (2014-02-23 20:03:09)
NModem,bu dogru melumatdi mende batteryin arxasinda li-ion 4200mah yazilib bunu men ceryanda cox saxlasam problem olmazki? bide hp supppprt assiant batteri yoxlayanda 500days age gorsttir ?

Miki99 (2014-02-23 14:19:31)
NModem,bu dogru melumatdi mende batteryin arxasinda li-ion 4200mah yazilib bunu men ceryanda cox saxlasam problem olmazki? bide hp supppprt assiant batteri yoxlayanda 500days age gorsttir ?

NModern (2014-02-23 12:24:15)
Onu da qeyd edim ki, Li-ion batareyaları dolub boşalmağı bir o qədər də xoşlamır və 400-1200 dəfə dolub boşaldıqdan sonra xarab olur. Ona görə də elə tokda saxlasaz yaxşıdı. Nikel_Cadmium batareyaları isə 2000 dəfə dolub boşalabilir.

NModern (2014-02-23 12:03:48)
Əslində notebookun batareyasını tokda saxlamaq olar və ya olmaz sualında belə cavab vermək olar. Notebook batareyaları əsasən iki cür Litium-ion batareyalar və Nikel-cadmium batareyalar. Li-İon batareyalı notebookları tokda istənilən qədər saxlamaq olar və bundan batareyaya hər hansı bir xəta yetmir. Bu tip batareyaların qorxduğu şey tamamilə boşalmasıdır. Bu halda batareyanın ömrü azalır. Nikel-cadmium batareyalar isə əksinə dolandan sonra tokda saxlandıqda zədələnir və ömrü azalır. Onların normal istifadə qaydası belədir ki, əgər adətən tok olan yerdə işlədirsinizsə 60-80 %-ə qədər doldurulsun, bundan sonra daha doldurulmasın, bəzi kompyuterlərdə bunun üçün avtomatik proqram da olur və ya manual olaraq özünüz tokdan ayırasınız və batareya boşalana qədər işlədəsiniz və yenidən toka qoşasınız.

Dilsuz (2014-02-22 12:26:56)
Admin siz bəzi dəqiq olmayan və tam həllini tapmayan suallara yamaq vurursunuz! :)

E. Hacı (2014-02-22 12:17:54)
Heç bir nəticə. Bütün günü taxılı halda qalır məndə enerji, illərdir də belə işlədirəm. Düzdür ən optimal istifadə elmi cəhətdən budur ki, batareyanı hər daim 10-90% (bəzilərinə görə 20-80%) arasında saxlamaq lazımdır, yəni tam dolmamış ayırmaq, tam boşalmamış yenə qoşmaq lazımdır. Belə olan halda batareyanın ömrü və performansı maksimal olur. Amma bununla uğraşmaq, hər 2-3 saatda bir taxmaq, çıxarmaq özü də bir zülmdür deyə şəxsən mən illərdir daim taxılı işlədirəm, yalnız yadıma düşəndə arabir çıxarıram boşalır, sonra yenə taxıram, bir növ kalibrovka kimi. Yəni 10-90 prinsipinə əməl edirəm arabir. Bir sözlə heç bir təhlükəsi yoxdur, sadəcə batareya ömrünü nisbətən qısaldır daim taxılı işlətmək

Dilsuz (2014-02-22 12:06:03)
Bunu sizə kim məsləhət görüb ki, batareya dolandan sonra "15dəq və ya 6-7 saat" cərəyandan ayırmamalısınız ?