Android versiya geri qaytarmaq

Salam məndə Samsung Galaxy s3 dür amma android 4.3 eləmişəm necə android 4.1.2 qaytara bilərəm

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Mehman Elxanoglu (2014-02-26 23:40:52)
MD5 proqram deyil, firmware faylıdır. Bu ola bilər, və ya bu, yaxud da bu... Yamalar köhnə olduğundan hansının ən son olduğunu bilmirəm, yəqin bu haqqda özünün fundamental anlayışların var.

Miki99 (2014-02-26 20:21:55)
Md.5 proqramini hardan tapa bilerem? ve men youutube videoya baxmisam orada firmaware il edirler

Mehman Elxanoglu (2014-02-25 22:48:54)
Öncə mənə lazım olan *.MD5 faylını və Odin 3.07 proqramını endirdim. Telefonun batareyası heç olmasa, 50%-dən artıq olmalıdır. İlk öncə bizə lazım olan faylları ya karta, ya kompüterə, ya da hər hansı digər bir yerə yazıb, USB Debugging aktiv edirik. Sonra telefon söndürülür. Daha sonra 3 düymə eyni anda basılıb saxlanılır: Home (ortadakı düymə), Volume Down (səsi azaldan), Power (söndürüb-yandıran). Telefonla kompüter arasında USB əlaqəsi yaradılır. Odini açırıq və kompüterin telefonu görüb-görmədiyini izləyirik (əgər görsə, proqramın müvafiq sahəsində "ID: COM 5" tipli bir yazı görəcəksiniz, Sizdə 5 yox, 3, 4, 6, 7 və s. də ola bilər.) Açılan ekranda Volume up (səs artıran) düyməsi basılır. Odinin PDA düyməsinə basmaqla MD5 faylını göstəririk. Diqqət! Odində F. Reset Time və Auto Rebootdan başqa heç bir xana seçilməməlidir! Start! düyməsinə basıb, 5-10 dəq. gözləyirsiniz. Odin PASS! yazdıqda kompüterlə əlaqəni kəsirsiniz. Daha sonra loqonun yanıb, sönməsini müşahidə edə bilərsiniz, etməyə də bilərsiniz. Batareyanı bir müddət çıxarıb, gözləyirik. 3-5 dəq. Batareyanı taxdıqda telefon avtomatik işə düşürsə, yetəri qədər gözləməmisiniz deməkdir, yenidən çıxarıb, gözlədiyinizdən 2 dəfə artıq gözləyirsiniz. Taxdıq və telefon avtomatik işə düşmədisə, Recovery mode keçmək lazımdır, yəni 3 düyməni SAMSUNG loqosu (söhbət göy ovalın içində olmayan loqodan gedir) görünənə qədər basılı saxlamalısınız: Volume up (səs artıran), Home (ortadakı) və Power (yandırıb-söndürən). SAMSUNG mətnini görən kimi Volume up və Home düymələrini buraxırsınız, Power isə basılı qalır. Əgər düz etmisinizsə, uzanmış vəziyyətdə android kuklasını görəcəksiniz. Bundan sonra ekrana xırda yazılar çıxacaq. Səs artırıb-azaldandan yuxarı və aşağı kimi, Power düyməsindən Enter kimi istifadə etməklə sistemi öncə "Wipe data/factory reset", daha sonra "Wipe cache partition", ardınca "Reboot system" etməlisiniz. Vəssalam, ardını demirəm, çünki, ardını mənsiz özünüz də edə bilərsiniz.

Miki99 (2014-02-24 22:42:22)
Nece ede bilerem? ve sizde samsung logo gelende ne etdiniz?

Mehman Elxanoglu (2014-02-24 19:54:54)
Bir dəfə bunu etməyə cəhd etmişdim, telefon açılmırdı. Loqo gəlirdi, telefon sönürdü, yenidən loqo gəlirdi, yenidən sönürdü... Proses beləcə davam edirdi. Əgər ilk dəfə belə bir şey edirsinizsə, yanınızda başı çıxan birinin olmasını məsləhət görərdim. Qeyd edək ki, mən bunu Odin vasitəsilə etmişdim. Əgər hələ də bu fikirdəsinizsə, yardım edə bilərəm ancaq babalı Sizin boynunuza :)

Miki99 (2014-02-24 00:54:18)
kiesproqramini yazmisam firmware nece tapim linkine gonderinde ve bide xahisim firmware yukledikden kiesnen nece ede bilerem youtube tapa bilmirem

Cabbarov Sübhan (2014-02-24 00:35:43)
Bunun üçün sizin biraz məlumatınız olmalıdı. Məlumatını yoxdursa cəht etmiyin telefon açılmaya bilər. Samsung'un saytından Galaxy S3 üçün istədiyiniz android frimware (istədiyiniz versiyanı) yükləyirsiz. Daha sonra Kies adlanan proqramla geri qaytarmanı başladırsız. Youtube'da axtarsa izahl; formada tapa bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android Oyun Adları

cyanogenmod və Galaxy s5 mini

Play Storedan heç bir şey yükləyə bilimirəm

Android telefona yüklənən mahnı itir

htc one m7 dual sim

Telefon üçün pulsuz videomontaj proqramı