CrazyDeals-dən telefon almaq

Salam dostlar, CrazyDeals-dən Samsung Galaxy S4 GT-I9506 modelini almaq istəyirəm. Eşitdiyimə görə bu saytdan Bakıya mal çatdırmaq mümkün deyil, alternativ variant kimi camex.az və usa2baku müraciət etmək qalır. İndiyə qədər heç bir online alış-veriş etməmişəm deyə hansı proses ardıcıllığına əməl etməli olduğumu bilmirəm. Bunu edən dostlardan xahiş edirəm ki, nə etməli olduğumu mərhələli şəkildə mənə izah etsin lütfən...

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2014-02-25 11:53:02)
Hər şey camex saytında var, ordan girib oxumaq gərək. Çəkiyə görə hesablanır US-dən bura çatdırma xərci. US daxili shipping varsa da təbii ki onu siz ödəyirsiz malı alarkən. Yox mal elə sizin adınıza gəlir, sadəcə ünvan olaraq camex US ofisi göstərirsiz. Təbii ki təcrübə var, dəfələrlə almışam və yüzlərlə dəfə alıb tanışlar, problem olmayib şəxsən məndə. Məhz bu dediyiniz saytdan almamışam, amma saytın belə məsələlərə dəxli yoxdur, çünki bütün malları eyni poçt xidmətləri daşıyır, hardan almağın buna dəxli yox. Gömrükdə saxlama səbəbi qiyməti ola bilər. Amma yeni qanuna görə 200$ əngəli yoxdur, 1000$ aylıq limit var, ona görə sanmıram daha belə şey ola. Usa2baku camexdən daha məsləhətlidir. Bütün digər suallara isə xidmətlərin öz saytında və ya əlavə nömrəsindən cavab almaq olar

Mehman Elxanoglu (2014-02-25 11:08:26)
Hmm, yəni əslində malın mənim adıma yox, camex-in adına gəlir və mən onlarla əlaqə saxlamalıyam, bir növ birbaşa gəlmək əvəzinə ABŞ üzərindən gəlir, düz başa düşdüm Elvin?! Gömrükdə saxlanılma səbəbi nə ola bilər ki? Bu cür edənlər olubmu, olubsa, onların təcrübəsi çox maraqlı olardı. Bəs onda bunun xərcləri necə hesablanır?

Ebayman (2014-02-24 23:46:13)
mene resmen deyileni dedim niye unlike edirsiz

E. Hacı (2014-02-24 21:35:12)
Telefonun hansı saytdan gəlmesi önəmli deyil. Yanlış məlumat veriblər.

Ebayman (2014-02-24 21:17:52)
ozunu yorma deyirem heccur mumkun deyil o saytdan,yalniz tanisin alib gondere biler.bugun gamexe yazdim deyir ki ordan gelen telefonlari gomruk saxlayir

E. Hacı (2014-02-24 20:17:16)
1. camex.az saytına daxil olub qeydiyyatdan keçirsiniz, dərhal sizə unikal fərqlənmə kodu olan USA ünvanı verirlər. 2. Alış veriş saytına daxil olub malı sifariş verərkən çatdırma yeri olaraq Amerika seçirsiz və adres yerində də camex.az nə verib eynən onu xana-xana yazırsız və ödənişi edirsiz paypalla ya nə imkan verilirsə onunla. 3. Shipping kodu ilə və ya camex.az əsas səhifəsində anbar yeri ilə yoxlayırsız malın çatmasını bir neçə gün ərzində. 4. camex.az saytında hesabınızda anbarda mal peyda olan kimi, malı seçib bağlamanı göndər düyməsini basırsız. 5. Bir neçə günə(təxminən 10 gün çəkə bilər uzağı) camex saytında mal artıq Bakıdadır yazanda gedib Camexin ofisindən malı götürürsüz. Saytda bəzən gec yazırlar ki çatdı Bakıya. ona görə də bir həftə keçən kimi telefonla zəng edib soruşmaq da olar ki bakıya çatdımı mənim malım.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazonda Herseyi 1 Pakete yigdirmaq

Galaxy s2 qoşulmur

Samsung Galaxy A5 – 2016 nece telefondu?

Samsung telefonunun kodu

Galaxy S3 də print screen

samsung led tv 4000