androiddə ram artırma

salam 512mb ramı olan android telefon var məndə. ram yaddaşına girirəm,ramın hardasa 360-400 mb işləndiyi yazılır. ramı təmizlə bölməsindən təmizləyirəm,amma 1-2 dəqiqə sonra yenidən qalxır,buna səbəb avtomatik işləyən proqramlardır mı? o proqramları necə silə və ya dayandıra bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-03-03 11:10:35)
ES task killer də var, startupları silə bilməsə də runningləri stop edə bilir. Son versiya androidlərdə isə disable app adlı gözəl imkan var. Məsələnin kökündən həlli isə root əldə edib appları rom-dan silməkdir bəli.

Mehman Elxanoglu (2014-03-03 10:54:19)
Buna oxşar sual verilmişdi, ancaq cavabsız qaldı. Çarəsiz qalıb, rus saytlarından çıxış yolu kimi gerçəkdən lazım olmayan appların ROM-dan silinməsində gördüm. 1 GB-lıq RAMım öncə 500-550 MB yerin məşğul olduğunu göstərirdisə, indi ~350 MB yerin məşğul olduğunu yazır.

asdqwe asdqwe (2014-03-01 15:35:00)
avtomatik iwleyen program siyahilarinda youtube,google+ chatON ve s kimi programlar var. axi bu programlar mene lazim deyil. elave ram aparirlar,ve telefon tutulur

vusal94 (2014-03-01 11:04:08)
silmek ucun home button u bezilerinde 2 defe basmagla bezilerinde ise basib saxlamagla acilan pencerede iwleyen programlarin siyahisi olur onlari sola suruwdurerek sile bilersiz.

Dilsuz (2014-03-01 11:01:53)
RAMı məşğul eləyən proqramlar sistem proqramlarıdı və heç vaxt ram 512Mb olaraq görsənə bilməz, buna səbəb sistemin daima fəaliyyətdə olmasıdır.