facebook-da səhifə reklamı

salam. bir nəfər dediki fb da reklam qoyursan gündəlik 5$ reklam aktiv olanda managerden girib qiymeti 1$ qoymaq olur. birdəki dedi biri var səhifənin reklamı birdə var hansısa paylaşımın reklamı. bunların arasında nə fərq varki? reklamın qiymətini 1$ a endirmək qanunidir? yəni sora problem yaratmazki? :)

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

Bextiyar Azeroglu (2014-03-03 00:32:33)
çox sağol qardaş. zor dedin aaa :)

Sabir_Azeri (2014-03-02 23:42:21)
Men yoxlamışam pulum gedib, sizlerin pulu niyede getsin boş yere Marka.

Sabir_Azeri (2014-03-02 23:41:09)
Men çox yoxlamışam.Vaxt deqiq eledi, reklamı verendede aşağıda qeyd kimi yazılır.:Los Angeles saat biçimi. Sen seher saat 1-e işlemiş reklam versen 24 saat davam edecek. Facebookda deqiq beledi.

Bextiyar Azeroglu (2014-03-02 23:27:17)
anladım təşəkkürlər məncədə yoxlayıb baxmaq lazımdı :)

E. Hacı (2014-03-02 22:54:14)
Kiçik büdcə seçib yoxlayıb baxa bilərsiniz. Əgər reklam boost tiplidirsə o halda 24 saat gedir o barədə öz praktikamdan bilirəm, buna şübhə yoxdur. Yox əgər adi campaign seçirsizsə, bid təklif edirsinizsə və son tarix olaraq seçirsinizsə hansısa günü, o halda bəli, son tarixin 24:00-na qədər gedir reklam, və bid-in məbləğinə uyğun olaraq nə xərcləndi xərcləndi olur. Boost edəndə isə bid auto olduğundan məhz 24 saat müddətində bütün büdcəniz sərf olunur. Mənim bildiyim və gördüyüm bu. Siz də sınayın və görün.

Bextiyar Azeroglu (2014-03-02 22:26:07)
mən fb reklam qayda qanununu oxudum orda yazılıbki siz reklamı 23:00 da versəniz reklamııız saat 24:00da bitəcək. (yəni günün tamamında reklam bitir) ona görə yazılıbki reklam verəndə saata fikir verin. ona görə istəyirəm dəqiqləşdirim.

E. Hacı (2014-03-02 21:13:59)
Mən öz təcrübəmdən deyirəm. Hər hansı boost reklam qoyanda büdcə seçirəm, minimal 5$-dır bilirsiz. Nə qədər seçirəmsə düz 1 sutka ərzində paylanır və xərclənir. 1 sutkadan sonra hesabat da gəlir ki nəticəsi nə oldu. Gecə saat 12 ilə heç bir əlaqəsi yoxdur, hansı vaxt istəsəm onda da edirəm, 1 sutka sonra cavab gəlir hesabat şəklində. Boost reklam yox, standart custom reklam düzəldərək bid-i çox az təklif etdikdə isə (hansında ki bid-ləri yəni klik qiymətini özümüz seçirik) ola bilər ki sutka ərzində heç 1 qəpik də çıxılmasın balansdan və nəticəsi də 0 klik olur onda təbii ki

Bextiyar Azeroglu (2014-03-02 16:20:57)
mən reklamı bizim vaxtnan səhər 1ə 5-10dəq (12:10da) işləmiş versəm tam 24saat görünəcək?

Sabir_Azeri (2014-03-02 14:30:10)
He vere bilersen. Sen vaxt söhbetinde esas şeye fikir vermemisen. Facebookda reklamlar yalnız bir saat dilimi üçün hesablanır. Hemin saatda bizim vaxtdan texminen 12 saat geridedi. Bizde seher saat 12:00 olanda orda saat gece 24:00 olur.

Bextiyar Azeroglu (2014-03-02 13:11:25)
birdə səndən bir şey soruşum mənim acces bank-da hesabım var AZN hesabı ilə (stipendiya kartı) onnan reklam verə bilərəm? çünki dünən gecə beynalxalq bankın maestro kartı ilə reklam verdim alınmadı. kartı qəbul eləmədi. acces-in kartın yazanda isə qəbul etdi sadəcə yazıldı limiti keçmisiz (balansda pul yox idi:) )

Bextiyar Azeroglu (2014-03-02 13:07:40)
qardaş axı mən reklam haqda oxumuşam orda yazılıbki bir günlük reklam 24:00-a kimi davam edir. yəni 23:30 da reklam versəniz səhifəniz 30dəqiqə reklam olunacaq. sənsə demək olar bunun əksini yazmısan O.o

Sabir_Azeri (2014-03-02 01:50:22)
Ödenişi özün seçsende sehv bir başlıqla belke sen 50$-a heç 50 userde getire bilmezsen sehifeye.Facebook buna qarantiya vermir. Orda da yazılacaq: bir beyenmeye düşen miqdar 1,00$ ;)

Sabir_Azeri (2014-03-02 01:46:46)
Reklam edende kime reklam verdiyini ve oların ne istediyini bil. Misal üçün: her hansı bir qadın sehifesini reklam edirsen. Reklam verende qadınlara bu başlıqla: "En gözel yemek reseptleri.Sehifeni beyenin". Kişilere ise bu başlıqla: "Yalnız qadınlar beyensin" reklam verirsen. Daha sonra reklam günü bizim saatla seher saat 11:37-de başlayır. Ona göre sen gece saat 12-den sora reklam versen seher saat 12-ye qalmış vaxtı qurtaracaq. Bele xırda şeyler çoxdu,gerek fikir veresen, yazmaqla qurtarmaz.

Bextiyar Azeroglu (2014-03-01 22:36:33)
birdəki sən yazmısan ee 1gün 1000userə 9.80$ seheri gun 780ə 39$ getdi. Bunu təxmini yazmısan yoxsa necə? axı orda reklamın ödənişin özün seçirsən axı. yoxsa başqa cürə də ödəniş tərzi var?

Bextiyar Azeroglu (2014-03-01 22:33:31)
Sabir_Azeri, qardaş məsəlçün necə edə bilərəmki pik nöqtəni tutum. bir günlük 20$ reklam qoysam maraqlı bir paylaşımı reklam etsəm təxmini neçə like gələr? :) yəqinki reklam etdiyin post çox maraqlı ya lazımlı bir şey olmalıdıki çox user like eləsin?

Sabir_Azeri (2014-03-01 19:06:38)
Eger sehifedeki hansısa paylaşım daha çox maraq celb edirse onu reklam etsen bunu sayesinde sehifenide beyenen olar. Qaldı ki facebookun reklamına heç serf etmir. Men 76 $ xerclemişem, cemisi 2500 user elsve olunub.Onunda pik nöqteleri var gerek onu tuta bilesen. Bir gün 1000 userin gelmeyine 9,80$ xerclendi.Seheri gün 780 userin gelmeyine 39 $ getdi. Yani çox şey tesir edir reklama,ona göre veziyyetini tuta bilesen. Yoxsa ola biler ki sen 2000 userin gelmeyine 250 $ xercliyesen. Bir dostumun 10 $ reklamına sehifesine 32 user geldi ;)

Bextiyar Azeroglu (2014-03-01 17:44:04)
bəs səhifə reklamıyla paylaşım reklamı fərqi nədi? məncə paylaşım reklamı daha effektiv olar. yoxsa əksinə?

E. Hacı (2014-03-01 04:41:14)
Endirmək deyəndə ki azaldanda az reklam görünəcək çoxaldanda çox reklam. Yoxsa kimsə düşünür ki girib Bir dollar edəndə yenə də bəs dollarlıq reklam gedir? :) əlbəttə ki yox, nə qədər pul göstərilirsə o qədər də reklam gedir. Sonradan deyismek bəlkə də olur, amma az pul vermək başqa cür də mümkündür. Sadəcə olaraq Bir dollar xərclənən kimi pause verməklə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Reklam trafaret maşını

Facebook səhifəsi haqqında

fb-da səhifə adminin öz profili ilə aktiv olması

Facebook profili gizlətmək imkanı

facebookla bağlı bir sual

Facebook hesabıma girə bilmirəm