Forekslə pul qazanmaq

Mən foreksə başlamaq isdəyirəm, amma başlamaq isdəyənlərin rəylərin oxuyuram, nədənsə çoxsu aldadıcı olduğun düşünürlər.Məsələn, biri yazibki demo hesab açdım, 100 dollarmı nə qədər başlanğıc üçün real olmayan pul olub hesabda, deyir biraz oynadım, sonra qoşub iki həftədən sonra açanda gördümki pulum neçə min dollar olub.Bele yazıları çox yerdə oxumuşam.Çoxsuda bu qədər qısa vaxtda bu qədər artımın real ola bilməyəcəyin düşünüb, əsil hesab açmırlar.Siz necə fikirəşirsiz?İçinizdə foreksdən pul qazanan var?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-03-05 15:02:01)
Ona görə silinir ki, əsas sualınıza cavab verilib, əlavə mövzu açmaq qaydalara uyğun deyil.

Azear (2014-03-05 14:10:46)
Uje üçüncü defedi cavab yazıram, o biri ikisi nece olubsa silinib, soruşuramki siz özüvüz foreksle meşğul olmusuz???

E. Hacı (2014-03-03 07:46:46)
Salam. Nə qədər qəribə olsa da demo ilə real arasında heç bir fərq yoxdur. Hər ikisi real bazardır. Və qəribə tərəfi odur ki, 99% insan demo-da qısa müddətə minlərlə pul qazana qazana real hesaba keçən kimi itirir. Bununsa bir əsas səbəbi var: insan psixologiyası. qorxu,tamah,azart,həyəcan,eyforiya və.s. kimi hisslərin insanın sağlam düşüncəsinə qalib gəlməsi. Foreksin də əsasını bu hisslər təşkil edir. Texniki metod, qrafiklər, analiz, iqtisadi xəbərlər və.s. inanın ki bunlar 2-ci dərəcəli məsələlərdir. 1-ci dərəcə insan nəfsidir. Foreksə qoşulan gərək nəfsinə qalib gəlsin. Bir məşhur deyim var. Əgər axşam evə gələn treyderin üzündən bu gün 10min qazandığı və ya itirdiyi oxunursa deməli o treyder deyil, uğursuzdur. Foreks belə bir sahədir. Öz puluna qarşı tam etinasız hiss qazana bilən insan orda böyük uğur qazanacaq, necə ki demo-da qazanır. Yox əgər hər ciddi qazancdan sevinəcək, qəfil itkilərdən ürəyi düşəcəksə, o adamın yeri deyil Foreks. İnsan hisslərinə qalib gəlmək də çətin olduğundan Foreks çox çətin sahə hesab edilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Birjada kaldıraç nədir?

Forexi sıfırdan öyrənmək üçün hansı kitab və ya video dərsləri məsləhət görərsiz?

foreksdə zaman anlayışı