Outlook-un üstünlükləri nədir

Salam. Mən anlamıram ki, əgər məsələn gmail.com-un saytı qala-qala nəyə görə məhz outlook-dan istifadə edirlər? yəni outlook-un üstünlükləri varmi? varsa hansılardır?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ilaha (2014-03-20 08:47:41)
Etrafli ve dolgun cavaba gore chox sag olun. Cavablarinizdan hemishe razi qaliram. Mene hansisa diger yaxshi email proqraminin adini deye bilersiz?

E. Hacı (2014-03-08 22:15:02)
Istənilən müasir mail servislərində belə imkan var.

azenec (2014-03-08 22:12:29)
outlookda giç giç yerlərdən gələn emailləri ban edib qara siyahiya salmaq olur. birdə ordan məktub gəlmir.

E. Hacı (2014-03-03 07:42:54)
Outlook.com(keçmiş hotmail) deyirsizsə, zövq və azad seçim məsələsi :) Üstünlüyü sanmıram ki olsun. Amma pis də deyil, bir email üçün nə lazımdırsa, o outlook.com-da var. Yox əgər Outlook proqramını deyirsizsə, bundan 90% istifadə edənlər mühafizəkar,yaşlı və ya az məlumatlı kompüter istifadəçiləridir. Hansı ki 10-20 il əvvəl outlook-a layiqli alternativ həll olmayanda istifadə edirdilər, indi isə sadəcə yeni bir şey istəmirlər, çünki öyrəşiblər, rahatdır outlook. Baxmayaraq ki nə qədər yeni versiya buraxsa da Microsoft, texnologiya özü köhnəlib, lazımsızlaşıb.Bir də korporativ hesablar var Outlook istifadə edənlər. Hansılar ki şirkət olaraq Microsoft məhsulları istifadə edir, və bütün işçilərini outlook ilə təchiz edirlər bir solution olaraq