Google adsense çeklərin qəbulu

salam xahiş edirəm mənə kömək edəsiz mənə google adsense çeki gəlib dollar ilə mən bunu hansı banka verim qəbul etsiz dedilər bank standard qebul edir amma getdim qebul etmədilər bəzi banklarla online əlaqə yaratdım heç bir bank qəbul etmirik dedi mən başa düşə bilmirəm əgər Azərbaycan da bu çeki banklar qəbul etmirsə niyə google adsense çek göndərir onlar bilmirlər ki, Azərbaycan da çek əməliyatı aparılmır mənə kömək edin men indi neyləyim çek əlimdə qalıb

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

azenec (2014-03-08 22:00:53)
Mənim türkiyədə bacım yaşayır. ona göndersəm nağdlaşdıra bilərmi orda?

E. Hacı (2014-03-08 19:32:42)
Yox, banklar sənədlə acir hesabı. Amma bəlkə istisna var , araşdırmaq lazımdır. Qrupa qaldıqda isə Google kiçik ölkələri vecinə almır. Gərək bu ölkədə adwords dövriyyə böyük ola ki Azərbaycan dilini dəstəkləyə, sonra da bankları dəstəkləyə birbaşa ödəmə ilə ceksiz

Ferid (2014-03-08 18:04:21)
Hər hansı bir xarici bank varki biz online hesab yaradib adsensedəki pul köçürmələrini ora yönləndirək və həmin bankdan bir miqdar % pulun tutulması ilə bank transferi yerinə yetirək ? birdəki bir qrup yaradib yığışıb google-a mesaj göndərsək hər hansı nəticə əldə edə bilərik ? :)

E. Hacı (2014-03-08 14:43:31)
Təəssüf ki bu bankların fərdi xidmətidir deyə mərkəzləşmiş informasiya almaq metodu yoxdur, həm də çox qeyri populyar xidmət növüdür deyə banklar xüsusi maraqlı da deyil bunda. qaldı məlumatsızlığa, bəli təəssüf ki bankda call centerdə əksəri belədir. Keçən il neçə dəfə mənə deyilmişdi ki bank standartdan soruşduq qəbul etmir deyirlər və mən o deyiləndən bir müddət sonra aparıb çeki verib nəqdləşdirmişəm. Yəni dəqiq yoxlamaq lazımdır. Ən yaxşısı mərkəzi ofislərinə getməkdir. Mən ora aparıram və hər dəfə normal olur. Bu ayın sonu da aparmalıyam, görək bu dəfə necə olacaq. Əgər bütün banklar imtina etsə o halda gedib qonşu ölkələrdə hesab açmaqdan başqa çarə qalmayacaq :) Online xidmətlər də var, Rusiyada var məsələn. Poçt ilə yollayırsız çeki onlara, onlar nəqləşdirir sonra müəyyən faiz (elə banklar qədər) tutub pulu sizə göndərir. Bu da uzunçuluqdur amma

camal16 (2014-03-08 12:27:36)
Banker.az saytı ilə əlaqə saxlayıb kömək istədim. Nəticədə Azərbaycanda sadəcə Bank Standart qəbul edir yol çeklərini. O da avro ilə. Amma E.Haci dedir Technique ve AGB də qəbul edir. Lakin hec birində qəbul etmədiklərini dedilər. Bəlkə də mənlə danışan əməkdaş təcrübəsiz olub. Görəsən bu məsələni necə konkretləşdirmək olar ki tam olaraq hansı banklar qəbul edir ? Bank Standart da həm 1-2 arası pozulur çeklər həm də ilkin olaraq 50avro depozit qoymalısan. Hətta ehtimal var ki o 50 avro müəyyən proseslərdə xərclənsin.

E. Hacı (2014-03-08 11:53:45)
Yox bir bir zeng edin. Ag bank ve technique bank bunlardan sorusun. Ki Google ceklerini qebul edirsinizmi. Qaldı bank standarta, men bu yaxinlarda vermişdim ora euro cek, problemsiz.

Elnur93 (2014-03-07 23:34:11)
Standard bank euro çekləri də qəbul etmir mərkəzi banka zeng etsəm mənə deyərlər hansı banklar götürür

Toğrul (2014-03-07 22:56:31)
Google adsense çeklərini pozan bir bank standard idi birdə səhv etmirəmsa beynəlxalq bank. bunlardan yaxşı olanıda Bank Standard idi . Bank Standard əvvəllər dollar çekləri pozurdu. Hal hazırda heçbiri dollar çeki pozdurmur. 2 aya yaxındı. E. Hacı dediyi kimi çekinizi ləğv edib euro çek tələb edin. Tək yol budu.

Elnur93 (2014-03-07 21:13:19)
Sualıma cavab ala bilmədim indi mən çeki necə ləğv etdirim artıq dollar ilə gəlib və euro gəlsəydi hansı banka verim əlaqə nömrələrə zəng edirəm adsense çekləri qebul etmirik deyirlər xahis etsəm mənə hansi bank edir adını yaza bilərsən

E. Hacı (2014-03-07 20:39:05)
Salam. Ceki ləğv etdirib euro ilə alın. Bizim bankların günahı deyil, bu region üzrə euro qəbul edir Citibank, təzə qaydadır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google-da axtarışda problem

18 Yaşdan Kiçiklər Üçün Adsense

Adsense aylıq ödenənişin karta vurulmaması

Google Adwords reklamım deaktiv olub.

Google reklamı haqqında məlumat

google kartımdan pul çıxıb