Qeydiyyat tələb etməyən image-hosting sayt(lar)ı

Salam dostlar, indiyə qədər kompüterdə olan şəkl(lər)i kiməsə göstərmək üçün radikal.ru saytından istifadə etmişəm. Əvvəla ona görə ki, sayt qeydiyyat tələb etmədən şəkil(lər) upload etməyə imkan verir. İkincisi ona görə ki, uploaddan dərhal sonra şəkilin linkini verir. Üçüncüsü ona görə ki, şəkil yüklənərkən keyfiyyətini itirmir. Dördüncüsü ona görə ki, yüklənilən şəkil serverdə uzun müddət qalır. Ancaq sayt gec-gec yenilənir və bir rus saytıdır. Reklam (əsasən də porno-reklamlar) az da olsa var. Sual: Yuxarıda sadalanan 4 əsas üstünlüyü (qeydiyyatsız, dərhal link verən, şəklin keyfiyyətini qoruyan, uzun müddətliyinə serverdə qalan) özündə birləşdirən "reklam olmayan" şəkil hosting saytlarından hansılarını məsləhət bilirsiniz. Dünya praktikası bu cəhətdən nə deyir?!

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Azear (2014-03-10 18:52:09)
Imageshack.us ən yaxşısıdı.Qeydiyyat tələb edir,facedəndə bağlana bilərsiz amma belə olması yaxşıdı.Yüklədiyiniz şəkillər yaddaşda qalır.

Mehman Elxanoglu (2014-03-10 11:33:15)
Hə düzdü, heç sonluğu nəzərə almamışam :) O biri postu redaktə etdiyinə görə də çox sağ ol...

E. Hacı (2014-03-10 10:19:41)
Xeyr, sadəcə siz paylaşım linkini yerləşdirirsiz :) Şəklin linkini yerləşdirmək lazım. Şəkil imgur-a yükləndimi, şəklin üstündə sağı vurub şəklin ünvanını götürün vəssalam. Unutmayın ki söhbət şəkildən gedirsə url jpg, png və.s. ilə bitməlidir :)

Bextiyar Azeroglu (2014-03-10 01:06:38)
share.az mən bura yüklüyürəm şəkilləri bu sayta qoymaqçün.

Mehman Elxanoglu (2014-03-10 00:35:38)
Salam Elvin, açığı qane etmir. Niyə?! Bu sualın cavabının ikinci postunda şəkli imgur.com-a yerləşdirdim, ancaq saytda açılmadı. Eyni şeyi radikal.ru-ya upload edib, üçüncü posta yerləşdirdim, alındı. Səbəbi qaranlıq qaldı. Cavablar.netin imgur.coma qarşı allergiyası var? :)

Ismayil Namazov (2014-03-09 22:36:22)
men hemise imgs.su ve hizliresim.com-dan istifade edirem coox uzun muddet serverde qalirlar

E. Hacı (2014-03-09 21:39:49)
Salam. imgur.com qane etmir?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytda hava proqnozu

Sürətli və etibarlı hansı xarici hosting

htacсess şəkillərin tez açılması

Saytın sürətlənməsi

WordPress.org-dan necə sayt qurulur?

İnstagram profil şəkli