Telefon Seçimi

Salam qardaşlar telefonumu təzələmək istəyirəm büdcəm 500 manata kimidi aşağıdakı telefonlardna hansını məsləhət görərsiz bir çox telefon işlətmişəm ama bəziləri dəhşət çox donurdu onun üçün tez tez tel dəyişirdim. (telefonun domasi yaddaşdan asili olla bilər) mənə əsas bu xususiyyətlər lazımdı 1. Şəkili çox gözəl çəksin (eyniylə videoda) 2. telefonda tez tez donma halları baş verməsin Bu telefonlardan hansı bu dediyim 2 xusuiyyətə malikdi, SAMSUNG GALAXY MEGA I9200--------------------499 AZN SAMSUNG I9500 GALAXY S4 16GB BROWN----499 AZN SAMSUNG I9300 GALAXY S3 16 GB----------------399 AZN SONY XPERIA Z----------------------------------------------469 AZN HTC ONE X 16 GB--------------------------------------------383 AZN LG OPTIMUS D686 G PRO LITE DUAL---------------399 AZN APPLE IPHONE 4S 32GB-------------------------------- 475 AZN Əvvəlcədən təşəkkür edirəm...

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2014-03-10 15:35:57)
Başınız çıxmırsa bunu bəhanə etməyin, öyrənin, başınız çıxmış olsun və nəticədə ən yaxşı variantı əldə etmiş olun. Üstündə gələn versiya ilə dünyada ən yaxşı smartfon Nexus 5-dir. Xperia Z normaldır, amma Z1 daha yaxşıdır.

Ismayil Namazov (2014-03-10 15:29:16)
E.Hacı qardaş ele şeylerden başım cıxmır ele bir teleofn varmı üstündə gələn versiya ela olsun, meselen xperia z necedur

E. Hacı (2014-03-10 04:10:06)
S4 yaxşı seçimdir, amma mütləq pure Android yazılmalıdır, üstündə gələn versiya bərbaddır, touchwiz ilə, qeyri stabil. O cür aparat təminatı ilə gərək smartfon heç vaxt tutulmaya və donmaya, amma bunda az da olur donma, hamsı da samsungun touchwizinin günahıdır. Google özü bu smartfon üçün pure android buraxır, onu yükləmək lazımdır

Yusif Yusifli (2014-03-10 03:38:50)
Özüm XPeria Z işledirem. Heç bir menfi cehetin görmemişem. Meslehetdir.

vusal94 (2014-03-10 01:11:17)
Hec fikirleshmeden sony x peria z ni gotur inan ki peshman olmayacaqsan

Ismayil Namazov (2014-03-10 00:58:52)
əziyyət çəkib ətraflı məlumat vermisiniz təşəkkür edirəm S4-le Xperia Z arasında qalmışdım seçimim S4 cox sağ olun

Eti526 (2014-03-10 00:34:50)
Salam. Bunlar mənim öz fikrimdi. Göstərdikləriniz samsung modellerində donmalar olur. Ümumiyyətlə Note 3 - də donma görməmişəm hələki. Sony telefonları kamera cəhətdən yaxşıdılar, işləmələri də yaxşıdı. HTC hakgında yalnız bunu deyə bilərəm ki, eşitdiyim gədər android platformalarında işləyən telefonlar arasında yaxşı işləyənlərdəndilər. Lg telefonlarında test etdiyim və bildiyim qədər donmalar olur. Apple İphone 4s yaxşıdı,ama təzəsi yoxdu. Ya köhnədən galanlardı, ya da refrubished (zavod deffekti olan və zavodun yenidən bərpa edərək satışa buraxdığı) olanlardı. Ümumiyyətlə bildiyim gədər telefonun donma səbəbləri Ram və proçessordandı. Ram nə gədər güclü olarsa, processora o geder az guc dushur.

Mehman Elxanoglu (2014-03-10 00:29:51)
Qeyd olunanların əksəriyyətinin Android olduğunu nəzərə alsaq, yəqin ki, son seçiminiz də Android olacaq... Siyahıdan S3 modeli avtomatik çıxır, çünki, S4 olan yerdə S3 haqqında düşünməyə gərək qalmır. 9200 modelini də siyahıdan çıxarmaq lazımdır, çünki, qiymət eyni olsa da üstünlük (ekran böyük ancaq kamera, RAM və çipset kiçik) yenə S4-dədir. Eyni qayda ilə HTC One X modeli də siyahını tərk etməlidir, kamera 8 MPxl, ekran-qoruyucu S4-də daha üstündür, RAM 1QB-dır. Son sözlər LG G Pro Lite Duala da aiddir. Sona qalır üç model: S4, Xperia Z və iPhone 4S. Xperia Z və S4 arasında qalsaydım, S4 seçərdim. Test nəticələrinə əsasən dizayn istisna olmaqla qalan parametrlərdə S4 Xperia Z modelini üstələyir. Qalır iki model: S4 və 4S :) Məncə, düşünməyinə dəyməz, S4!!!