Javascript ilə axtarış sistemi

Salam javascriptlə axtaris sistemi necə duzəldə bilərəm? Yoxsa duzəltmek olmur? yəni baza lazimdi yoxsa bazasiz da olar

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

marmeladze (2014-03-19 05:12:54)
bir az daha dərininə gedək - axtarış sisteminin (google, bing, ducduckgo vəs.) işləyiş prinsipi belədir: robot skriptlər/kodlar daxil olunan saytlarda müxtəlif kateqoriyalar üzrə (birsözlü, ikisözlü, üçsözlü vəs.) indeksləşdirmə apararaq bunu verilənlər bazasına ötürür - bunu ən bəsit formada belə təsvir edək: cavablar.net saytında "nəticə ilə işləmək" sözü cəmi 1 dəfə http://cavablar.net/2014/03/11/javascriptl%C9%99-axtaris-sistemi/ linkində var. onda bazaya ötürülən məlumatın sxemi təxminən belə olacaq url ------------------söz (burda üçsözl) ------- link cavablar.net----- nəticə ilə işləmək --------cavablar.net/xyz/ bu sistemin arxa (backend) tərəfidir. üz tərəfində istifadəçi üçün interfeys yaradılır ki, axtarmaq istədiyi sözü(ləri) daxil eləsin. həmin söz(lər) daxil olunduqdan sonra bazada buna müvafiq olanlar olanlar seçilir və istifadəçiyə (əlbəttə ki, linki ilə) təqdim olunur. ancaq bu məsələnin ən kobud maketidir. ola bilər ki, istifadəçi "nəticə ilə işləmək" yerinə "nəticə ilə işləmk"/"netice ile islemek" vəs. yazsın - belədə sistemin boş cavab göndərməməsi üçün oxşarlıq alqoritmlərindən istifadə olunur. yaxud arxa hissədə saytdakı məlumatların hansı dildə olduğunu bildirən sütun əlavə eləməklə (belədə hansısa xüsusi bir sorğu üçün bütün baza yox sadəcə həmin dildə olanlar axtarılar ki, bu da məlumatın emalı prossesini hiperbolik ölçüdə sürətləndirə bilər) sadəcə sorğu göndərilən dildəki siyahılarda axtarış aparılacaq - bunun üçünsə dil modeli yaratmaq yazımdır. yeri gəlmişkən dil modeli, oxşarlıq alqoritmi üçün zəruridir. xülaseyi kəlam onlarca bu cür detal var - bunlar üçünsə javascript yetərli deyil.

E. Hacı (2014-03-12 01:30:37)
Salam. Məntiqi yanaşma problemi var məsələdə. Javascript ilə axtarış nəyə lazımdır ki? Yəni sizin məqsəd nədir? Verilənlər bazası ilə işləmək deyirsinisə javascript ilə ajax sorğular göndərib nəticə ala bilərsiniz. Amma sonucda baza ilə backend-də işləyən yenə php və.s. server-side dil olacaq. Javascript isə brauzerdə çalışacaq. Cache data üzrə filan axtarış isə hə JS ilə mümkündür brauzer daxilində. Bir də Node.js kimi advanced həllər də var ki, serverdə də javascript işlədir, amma o mürəkkəb şeydir artıq və gələcəkdə yəqin ki tanış olacaqsınız. Hazırda verdiyiniz sualın cavabı isə: yox, javascript brauzer daxilində, artıq yüklənmiş nəticə ilə işləmək üçündür

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sayt daxilində açılan pəncərə ölçüsü

JavaScript

.js Modulo funksiyası nədir

javascript köməklik

Jquery animate

jQuery-də funksiya və ya metodun içində asinxronluğun söndürülməsi