windows7—-Windows8 keçid

windows 7 dən windows 8 e keçmək istəyirəm bunun kompyuterə nəsə zərəri varmi??

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-03-13 17:28:04)
Artıq dövlət qurumlarında lisenziyalıya keçid başlayıb. Rabitə Nazirliyi, SOCAR və.s. Microsoft özü girişib buna ona görə. Sadə vətəndaşlara isə Microsoft özü girişməkdə maraqlı deyil. Çünki 1. Hamını məhkəməyə vermək olmaz. 2. Varlı olmayan ölkədə hamıdan bahalı Windows-u almağı tələb etmək camaatın alternativ ƏS-lərlə maraqlanmasına da səbəb ola bilər. Ona görə də sadə insanların piratdan istifadəsi Microsofta bir tərəfdən zərər vurursa, digər tərəfdən də daha çox xeyir verir, alternativ və daha keyfiyyətli sistemləri boğur. Hətta bir neçə il əvvəl eşitmişdim ki, Microsoft dolayı yolla özü Çində pirat Windows diskləri maliyyələşdirir. Amma hər bir halda bizdə lisenziyalı istifadə məcbur olmalıdır, qərb ölkələrindəki kimi. İntellektual mülkiyyət ilə fiziki mülkiyyət arasında fərq olmadığını anlamaq özü də bir mədəniyyətdir. Dükandan nəsə oğurlamaq nədirsə, torrentdən pirat nəsə yükləmək də odur. Televizorda göstərilən hansısa oğruya aşağı səviyyəli adam kimi yanaşıb evdəki kompüterdə başdan ayağa pirat işlətmək gülüncdür :)

Dilsuz (2014-03-13 14:26:28)
Təəsüf ! Xatırlatma vermək bizim borcumuzdu. Əməliyyat sistemlərini qeyri leqal istifadəyə cağırmaq, əməliyyat sistemləri yaradılmasında əziyyət cəkən bütün insanların haqlarını tanımamaq olardı. Birdə ki, konkret sualı yerləşdirən şəxsin Windows 8 əməliyyat sistemini qeyri leqal yolla aktivləşdirəcəyinə inanmıram, buda sıradan bir istifadəçi üçün, sadə məsələ deyil !

Cabbarov Sübhan (2014-03-13 14:14:37)
İndi Azərbaycanda lisenziyalı Windows ƏS işlədən var? Dövlət qrumları da pirat proqramlardan istifadə edir.

Dilsuz (2014-03-13 11:04:13)
Bu əməliyyatı yerinə yetirmək üçün sizdən lisenziya açarı tələb olunacaq (6 ay istifadə üçün) bu şərtləri nəzərə alın.

Onar Alili (2014-03-13 10:36:41)
Salam. Heç bir zərəri yoxdur.Hətta Windows 8.1 keçə bilərsiz bir başa.Keçməmişdən əvvəl minimal tələblərə cavab verildiyinə əmin olun. Burdan minimal tələblərə cavab verib,vermədiyinə bilərsiz.