WinXP Sp2-dən Sp3-ə vəya Win7-ə keçsəm fayllar silinər?

Kompyuterimdə indiyədək bir çox lazımlı fayllar var.Sayt temaları,vacib programlar və s. Hal-hazırda kompyuterim Vindovs Xp Service Pack 2 -dir ,bilirəm ki ,apreldə Xp-a dəstək bitəcək...Bunun üçün əvvəlcədən hazırlaşmalıyam...Əgər mən Win7-ə keçsəm,mənim lazımlı fayllarım silinər ? Sp3-ə də keçsəm eyni haldır? Təxmini cəhddənsə,dəqiq hərəkət etmək lazımdır...

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Dilsuz (2014-03-12 22:27:18)
Burda qorxulu bir şey yoxdur. Sizə vacib olan proqramların adını bir siyahi tutaraq qeyd eləyin, fayılları isə flesh daşıyıcıya yükləyin. Proqramları tapmaq zənnimcə elə də müşgül məsələ deyil. Artıq kecən ik mayın 15-dən Microsoft Xp üçün thlükəsizlik yükləmələrini (proqram təminatını) rəsmi olaraq dayndırdı. Windows 7-yə keçmək çoxdan lazım idi ;)

Alparslan (2014-03-12 22:21:55)
Dilsuz,elə danışırsınız,adamı sanki qorxudursunuz ...İndi olmaya da bilər ?

Dilsuz (2014-03-12 22:13:33)
Faylları başqa yaddaş daşıyıcısına yükləmək olar. Proqramların isə Windows 7 ilə uyğunlaşması problemi ola bilər. Amma Xp-dən 7-yə keçid elədə müşgül məsələ deyil, youtube-də yetərincə bu haqda videolar var. Uğurlar!

Cabbarov Sübhan (2014-03-12 22:11:21)
İstəsəniz silə və silməyə bilərsiz. Format etməzdən əvvəl lazımlı faylları windows yüklü olmayan hər hansı diskə (D-diski) köçürdün. (Windows adətən C diskində olur). Daha sonra format zamanı həmin diski format etmiyin ancaq Windows yüklü diski format edib Windows 7i ora yükləyin. Və ya sadəcə faylları flaş karta, Google Drive, Dropbox və sair yerlərə yükləyib rahat format edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows7-də problem

windows7 rejimləri

Win7 dəstəkləyir?

windows-da dil problemi