Android Ə hərfini açmır.

Huawei y 320 telefonu Ə hərfini açmır, ə hərfini də başqa cür açır. Bunu düzəltmək olur?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

vsl7c5 (2019-02-11 16:37:50)
kingo root proqramini komputerinize quraraq onunla root etmeye cehd ede bilersiz artiq root icazeniz varsa fontfix proqramini play marketden yukleyib onunla rahat sekilde istediyiniz fontu qoya bilersiz

Emrah (2014-03-14 21:55:27)
Başqa necə eləmək olur?

Emrah (2014-03-13 23:20:51)
Huawei y320 u10 (Bakcell). Orda tapmadım. Telefona ya da kompyuterə hansı proqramı yükləmək lazımdı?

E. Hacı (2014-03-13 22:37:28)
Ancaq root ilə mümkündür. Root etmək üçün isə telefonunuzun modelini və root sözünü google-da axtarın, xda-developers saytından link çıxacaq

Emrah (2014-03-13 22:08:00)
Sistem fayllarından o fontu tapıram, amma dəyişdirmək üçün icazə yoxdur. Hansı proqramla eləmək olur?

Emrah (2014-03-13 21:39:50)
Root necə edim?

E. Hacı (2014-03-13 17:34:18)
Androidin öz fontu olan Robotic kiçik ə-ni göstərir normal, böyük ə-ni isə yox. Bu o fontda olmayan yeganə hərfdir ki, bizim əlifbanın bəxtinə düşüb. Huawei-də kiçik hərf də eybəcər görünürsə deməli onlar Robotic-i dəyişib öz fontlarını qoyublar və o fontda kiçik ə də pisdir. Samsung da öz fontunu qoyur smartfonlarda və həm böyük həm kiçik ə əla görsənir. Root əldə edən hər bir istifadəçi asanlıqla fontu dəyişib istədiyini qoya bilir, root-suz isə mümkün deyil

Amin (2014-03-13 16:13:35)
böyük hərfi açmır bəli Ə hərfinin açılmaması normaldı

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android 5.0 Lollipop

Android ROOT

Telefon almaqda qərarsızam

Proqramı telefonun yaddaşından karta keçirmək

Mobil proqramlaşdırmaya hansı dildən başlamalı

Note 4 snapdragon