Salam mən google play store ye pullu app yükləyib necə pul qazana bilərəm ?
bilenler cavab versin xahis edirəm mən cavablar.net in admininden xahiş edirəm sualima sizde cavab verin sizin google playda cavablar.net app iniz var onu necə qoydunuz?
mən ora pullu app necə qoya bilərəm ?
Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)
0
Salam.
Əvvəlcə Javanı yaxşı bilməli, Android SDK ilə yaxından tanış olmalı. Androiddə profesional app düzəltməli öyrənməniz lazımdır. Bu addımları keçmədən birbaşa pul haqda düşünmək yanlışdır. Dediyim addımlardan keçəndən sonra onsuz da öyrənmiş olursunuz bütün iş prinsipini, monetizasiya imkanlarını və.s. Bütün bunları etsəniz, hesabınızda pul olsa, onu çıxarmaq haqda sual soruşarsınız cavablayarıq. (Azərbaycandan pulu çıxarmaq olmur, dolayı yolla çıxarmaq lazım gəlir)
Qaldı cavablar.net app-na, o pulsuz app-dır və hər hansı gəliri yoxdur və gəlir üçün nəzərdə tutulmayıb
0
normal bilgim var
bes Azerbaycandan pul goturmek olmur?
bes ne cur ola biler?
pullu yuklemek play storeye
0
Pullunu yükləmək asan məsələ. Əsas pulu çəkməkdir ordan. O da ki 3rd party servislərlə mümkün. Təkrar edirəm əgər pul gətirən proqramınız olsa bu problemin həllində köməklik edərik. Olmadığı halda isə ümumi məlumat kifayət edir
1
Hörmetli Admin size bir sualım var. Men prezidentlikden nece çıxa bilerem? Erize yazsam olar?
Prezident olanda maaşım ne qeder olacaq?
Men indi fehleyem tikintide.
0
🙂
0
😀
0
mezelenmeye ehtiyac yoxdu adam oz milletine komek ederki ireliye getsin
lap men hecne bilmirem oyredin en uzagi klaviaturadan yazi yazacaqsinz
0
Sualda məntiqi səhv var, yoxsa təbii ki burada hər kəs kömək etməyə çalışır, başqa bir təmənnası yoxdur ki burdakı istifadəçilərin, ki vaxtlarını sərf edib cavab yazırlar.
Siz sadə də olsa bir android app qurmalısınız, onu google play-ə yerləşdirməlisiniz. Bu prosesdən keçəndə artıq sualınızdakı əksər məqamların cavabını bilmiş olursunuz. App-dan pul qazanmaq çox çətin bir işdir, ona gedən yolda çoxlu addımlar keçməli, profesionallaşmalısınız, siz isə heç başlamadan deyirsiz ki pulu necə alım ordan. Hansı pulu? Bəyəm oradakılar hərifdir ki gözləyir ki kim app yerləşdirəcək ona pul verəcəm? Oradakılar güclü, səviyyəli, ulduzu yüksək app-lara pul verirlər. Buna da nail olmaqçün uzun bir period keçilməlidir. Heç bir sahədə pul qazanmaq halva deyil, elə bir boşluq axtaran insan vaxtını boşa sərf etmiş olur. Dükan açıb pul qazanmaq necə çətindirsə, forexdə də pul qazanmaq eləcə çətindir, android app-dan da pul qazanmaq eləcə çətindir, nə bilim mühəndislikdə də pul qazanmaq eləcə çətindir. Hər sahənin də çətinliyini aşmağın yeganə yolu öncə o sahəni öyrənməkdir. Öyrənin, konkret suallar olsa verərsiz cavablandırmağa çalışarlar istifadəçilər
0
Qaqa senin işin fehlenin prezident olandan sonra işden çıxmağı fikirleşmeyi kimidi.
Sen proqram yaratmağı öyren, proqramı hazırla,ondan sonra onu Google Playe yüklemeye kömek ederik.
0
Apple Store-de bizimkiler radio proqramına 99$ qiymet qoyublar ve yaxud başqa proqrama 90$.
Bu qeder havalara uçmaq lazım deyil.
0
apple store daki “i am rich” proqramı kimi bir şey düzəltmək serf eliyərdi (təbiiki yükləyən olsaydı). əziyətsiz pul gələrdi 🙂
0
dedikleriniznen hemfikirem.
appsgeyser ile sade sekil duzeltmek olur ona gore deyirem
sekil ne bilim bele seyler
ozum kitab duzeldirem programla sehifeler elle cevirilir.
0
sizden bir xahisim var olarsa mumkunduse men programlar yaratmisam yarada da bilirem kitab zad yaratmisam indi onu neter qoyum?1 dollara?
0
http://developer.android.com/index.html burada sağ yuxarı menyudan Developer Console-a girirsiz, orda Financial reports açılacaq, oraya girib Google Wallet yaradırsız özünüzə, hər şeyi edə bilsəz, gerisi sadə olacaq
Sual verin
Cavab verin