Netmoney saytda quraşdırma

Salamlar. Axtarış etdim amma tapılan mövzularda konkret cavab tapa bilmədim. Netmoney ödəmə sistemini sayta necə qoşmaq olar? Zəhmət olmazsa bilən varsa ətrafli yazsın, yəni verilən kodları necə və hara yerləşdirmək lazımdı? Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Eti526 (2014-03-15 17:53:53)
Təşəkkür edirəm.

E. Hacı (2014-03-15 17:49:19)
Həmin CMS-in kod hissəsini bilən adam qoşa bilər çətinlik çəkmədən.

Eti526 (2014-03-15 17:40:57)
Cavablandırdığınız üçün təşəkkür edirəm. Belə çıxır ki, E-commerce üçün olan CMS-lara qoşmaq olmayacaq.

E. Hacı (2014-03-15 17:36:52)
Bəlkə şənbə bazardır ona görə. Zəng edin ən pis halda. Hazır CMS-lər üçün həlləri yoxdur onların. amma fərdi qaydada təbii ki mümkündür, mən WordPress-ə qoşmuşdum məsələn. Hazırda mənim qrafikim tam doludur təəssüf.

Eti526 (2014-03-15 17:30:27)
Hazır cms modullara qoşmaq mümkündür? Və bu barədə siz köməklik göstərə bilərsinizmi?Yazmışam ollara cavab verilmir

E. Hacı (2014-03-15 17:27:39)
Salam https://www.netmoney.az/partners/ qeydiyyatdan keçin, sonra sizə orada təlimat veriləcək ki saytınıza necə inteqrasiya etmək lazımdlr. Sonra lazım olsa əlaqə bölməsindən yazacaqsınız kömək edəcəklər. İllər öncə mən bir sayta qoşmuşdum netmoney, çətin deyildi, təlimata uyğun etmək olurdu(php bilik lazımdır). İndi yadımdan çıxıb təbii ki hansı addımlar var idi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Netmoney almaq

Netmoney sistemində hesab açmaq

Netmoney-Portmanat haqqında məlumat

Ödəmə sistemi yaratmaq üçün lisenziya almaq lazımdır?

Netmoney kodu

Netmoney