Xarici miras haqda email gəlib

Buda deyesen yeni oyundu mən kiminse mirasın ala bilərəm :) . Bu emaili gönderdiler ilk önce, daha sonra məlumat almaq istedim mənə telefon nömrələrin gönderdiler. Zeng elədim dillerin tam başa düşe bilmirəm, ingiliscedi ama lehceleri ayrıdı. Məsləhətlərinizi gözləyirəm

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Azerbaycan (2014-03-17 00:19:34)
Inananlar icimesin amma agli basinda olan adam buna inanmaz ortada kulli miqdarda pul varsa bunu nece emaille yaza bilerler?

E. Hacı (2014-03-16 19:49:01)
Ümumiyyətlə notification olacaq yaxınlarda. yani daha əhatəli bir şey :) Amma hələ ki sual bookmark bölməsi də var, sualların itmemesi üçün yararlıdır bir az :)

Ebayman (2014-03-16 17:43:46)
men de sevinmisdim,qiz hele de yazir mene ki kesisle elaqe saxla pulunu gotur,cunki sen mene yaxsiliq etmek istemisdin ovaxt.

Bextiyar Azeroglu (2014-03-16 14:46:32)
sinif yoldaşıma da belə sms gəlmişdi 1milyona yaxın pul qalıb sizə, yazıq uşaq elə sevinirdiki amma ətraflı araşdırandan sora sevinci yarımçıq qaldı :) . bu məsələ ilə bağlı bir türk serialında da bir hissəcik vardı. :)

Ebayman (2014-03-16 13:55:04)
mene de gelib bele bir mesaj ki,atam cox zengin olub sora da onu oldurubler,bankda 1 milyon pulu var,ama men qacqin statusunda olduqum ucun o pulu cixara bilmirem,sen mene yolpulu gonder buradan qacim gelek birlikde yasayaq.soydum haqqa da devet etdim,aradan aylar kecdi yeni yazir ki sevgilim necesen?sene keshish pul gonderdimi?

Sabir_Azeri (2014-03-16 13:54:35)
Elvin "Cavab olanda mene email ile xeber edin" xidmeti aktiv olsa çox yaxşı olardı, mövzuların üstünden vaxt keçir unuduruq,olara cavab gelende bilmirik. Ama yenede her halı ile yaxşıdı, teşekkürler

Sabir_Azeri (2014-03-16 13:52:13)
Qruplaşmış bir destedi,mene birinci facebookdan yazdılar. Menim danışdığım nömre Toqo Respublikasının nömresidi (+228-9919-711). Qonşu-qonşuya benzer deyirler,yeqin bu iş olara Nigeriyadan keçib :) Ebayda da yalançıların sayı artıb. Ölke kimi yalandan İngiltere,ABŞ yazırlar. Poçta baxanda görürsen Çin poçtudu. Ele malı daha baha qiymete satırlar.

E. Hacı (2014-03-16 09:27:23)
Illik dövriyyələri 100 milyonlarla dollardır. :) Ehtimal nəzəriyyəsi ilədir də. Tutalım hər gün milyon adama spam göndərirlər və onlardan 990mini heç fikir vermir, ya məlumatlıdır deyə silir və.s. 10 mini isə inanır. 10 minin içində də çoxu başqasından soruşur öyrənir. Tutalım cəmi 50 adam sonadək inanır və davam edir. Və sonda o 50 adamdan ortalama 500$ qoparırlar bank sənədləri və vəkil haqqı adı ilə. 50*500=25000$. Bir günə. Bİr mass email-dən. Pis deyil :) Ətraflı

Sabir_Azeri (2014-03-16 09:10:17)
Men olara gözel bir yağlı mesaj gönderim, göndermesem üreyim partlıyar. Ne qeder ağıllı adamlardı ki gör neden pul çıxarırlar :)

E. Hacı (2014-03-16 08:21:42)
Dələduzlardır uzaq olun. Buna Nigeriya məktubları deyirlər. Inanan adamları aldadırlar ən sonra bank komisiyasi adı ilə 100-1000$ istəyirlər ki göndər ki pulu köçürək hesabına, vəssalam, mahiyyət də bu pulu sizdən qoparmaqdir, ondan sonra qeyb olurlar. Hər il Azərbaycanda nə qədər adam polisə şikayət edir bu haqda. Ki nə qədər pulum gedib miras gəlmir ki gəlmir. Polis də nəsə edə bilməz buna təbii, çünki bunlar beynəlxalq fırıldaq şəbəkəsidir. Bir sözlə sadəcə spam kimi qeyd edib silin. Zəng zad etsələr də ignore edin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Multi Portal

whatsappda qrup

Ritm proqram

Poçtla göndəriş

Yerli shopping saytları

Ebay hack olunubmu?