Iphone 5s zəng edənin adının bilinməməsi problemi

Hər kəsə salam. Zəhmət olmasa kim bilirse mənə kömək etsin. Mende İphone 5s-dir. Problem isə kontaktımda adı olan şəxslərin mənəz zəng vurduqları halda adlarının gəlməməsidir. Belə ki, bildiyiniz kimi zəng edən şəxsin operatorundan və yerləşdiyi stasniyadan asılı olaraq gələn zənglər +99450/55/70 və s. yadaki birbaşa 050/070/055 və s. kimi gəlir. Əgər nömrə mənim kontaktımda birbaşa 050 kimi qeyd olunubsa mənə gələn zəngsə həmin nömrədən +99450 kimi gəlirsə o zaman məndə həmin şəxsin adı görünmür sadəcə nömrəsi görünür. Bu isə çox diskomfort yaradır nömrəni tanımadan cavab verirsən gəlir yaxın tanışın olur və səhv anlaşılma yaranır. İndi bircə əlacım qalıb ki, hər bir nömrəni iki cür həm ölkə prefiksi və həm də birbaşa operator kodu ilə yaddaşa yazım bu isə xeyli vaxt aparır, xahiş edirəm kimsə bunun başqa cür həlli yolunu bilirsə mənə də desin. Əvvəlcədən hər kəsə təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Cabbarov Sübhan (2014-03-17 09:37:56)
Nömrəni sadəcə bu +99450/55/70 formada yazın. Gələn zəng ölkə kodsuz olsa belə həmin şəxsin adı görünəcək. Hər iki varianta qeyd etməyə ehtiyac yoxdur.