Google adsense bank ilə odəmə

Salam. Bir neçə nəfər google adsense-də bank ilə ödənişin Azərbaycanda artıq açıldığını deyir. Məndə açıq deyil hələ. Aramızda kimdəsə də aktivmidir? :)

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Toğrul (2014-03-29 14:59:29)
Çox sağ olun. Ayın 24ü məndə aktiv oldu. Ödəmələrdə o vaxt olmalı idi. Həmin gün hesab məumatlarını yazdım orada. 2 gün əvvəl yoxladım pul köçməmişdi.

E. Hacı (2014-03-28 11:48:34)
Cari hesab var, bir də karta uyğun hesab var. Siz rahatlıq üçün karta uyğun hesab açdırın, yəni kart sifariş etməklə, sadəcə adsense hansı valyuta ilə ödəyirsə sizə, o valyutada açdırın, çünki ödəmə kartınıza yox, hesabınıza wired yolla olacaq deyə valyuta düz gəlməlidir.

H5M1 (2014-03-28 11:43:18)
Fərqi yoxdu kart hesabı da açdıra bilərsiniz və ya adi bank hesabı da. Bank Standartın "Smart Bank" xidməti var. Onun vasitəsi ilə adi bank hesabını idarə edə bilərsiniz.

Toğrul (2014-03-23 13:21:43)
Təbriklər :) E. Hacı adi plastik kart açdırmaq lazımdı yoxsa bankda fiziki şəxslər üçün hesab? bilmirə bəlkə ikisidə eyni şeydi )))

E. Hacı (2014-03-23 09:44:12)
Təbriklər :) istənilən bank. Şəxsən mən bank respublika ilə işlədirəm xarici ödəmələr və pul qəbulunu

Ferid (2014-03-23 04:41:31)
Axşamınız xeyir axırki mənim adsense hesabımdada aktivləşdi bank hesabına ödəniş gecə əməlli başdı sevindim :) sizə bir sualım olacaq ödəmələri adsenseden almaqçun hansi kart növünü birdə hansı bankı məsləhət görürsüz ps:biraz məlumatsızam bu barədə ona görə soruşdum əvvəlcədən təşəkkür

E. Hacı (2014-03-21 09:34:37)
Elə deyirlər. Amma hələ ki keçid olmayıb. Gözləyirik :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsenseyə alternativ sayt

Google-u sayta dəvət etmək

AdMob nə zaman işə düşür?

Adsense helede 0.00$ gosterir

google kartımdan pul çıxıb

Adsense Hesabi