Samsung Galaxy Mega 6.3

Salam 1-2 günə mega 6.3 almağı fikirləşirəm sizcə necə telefondur məsləhətlidir, mənə əsas olan donma olmasın (azmaz olsun) bidə kamerası yaxşı olsun. bu telefonu sırf böyük oldugu üçün alıram.....

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Mehman Elxanoglu (2014-03-22 15:07:34)
Məsləhətli telefondur, alternativ variant kimi aşağıdakılardan hər hansı biri üzərində də seçim edə bilərsiniz: 1) Asus Google Nexus 7 (2013) - həm öz (167.6 x 88 x 8 mm vs 200 x 114 x 8.7 mm), həm də ekran ölçüləri (6.3" vs 7.0", 720x1280pxl vs 1200 x 1920pxl) nisbətən böyükdür. Təbii ki, ppi sıxlığı da həmçinin. RAM (1.5 vs 2.0GB). Kamera nisbətən zəifdir (8MPxl vs 5MPxl). Ancaq çipset, CPU (Dual-core 1.7 GHz vs Quad-core 1.5 GHz) və GPU (Adreno 305 vs Adreno 320) olduqca üstündür, bu isə o deməkdir ki, donmalar bu modeldə daha az olacaq. Və batareya (3200 mAh vs 3950 mAh). 2) HUAWEI ASCEND MATE - RAM (1.5 vs 2GB). Çipset və CPU (Dual-core 1.7 GHz Krait vs Quad-core 1.5 GHz Cortex-A9). Əlavə olaraq radio da var. Batareya (3200 mAh vs 4050 mAh) 3) HUAWEI ASCEND MATE2 4G - RAM (1.5 vs 2GB). Kamerası üstündür (8MPxl vs 13Mpxl). CPU (Dual-core 1.7 GHz Krait vs Quad-core 1.6 GHz Cortex-A7) - donmalar nisbətən daha azdır. Radiosu var. Batareya (3200 mAh vs 3950 mAh).