Wifi extender

Salam uşaqlar. Mən ebaydən wifi extender (wifi dalğasını artıran) cihaz almaq istəyirəm. Birini tapmışam Provides up to 300Mbps transmission rates. İndi necə bilmək olar bu 300 Mbps təxmini nə qədər məsafədə təmin edəcək interneti ? Bu linkdə ətraflı baxa bilərsiniz onun göstəricilərinə. link

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

serxan518 (2014-03-28 10:25:56)
Tp link TD-W815N bir port. Aşağıdakı şəkildə görə bilərsiniz modemi. http://www.tp-link.com/resources/images/products/gallery/TD-W8101G-01.jpg

Mehman Elxanoglu (2014-03-27 12:55:09)
Öz modeminizin modeli nədir?

serxan518 (2014-03-25 12:23:12)
Sizcə 5dbi təxmini nə qədər məsafəyə ötürə bilər signal ? Ümumiyyətlə belə bir göstəricilərə malik olan bir extenderi almaqa dəyər ? Wireless transmit power: 20dBm Transmission rate up to 300Mbps 5dBi Extended

Sabir_Azeri (2014-03-25 01:16:25)
150, 300 mbps ötürme süretidir. Bizde heç 150 mb/san süretli internet olmadığı üçün bu tip modemler bizim üçün yeterlidir.Yox eger siz internetden elave fayl paylaşımıda etmek istiyirsinizse onda yüksek süretli modeme ehtiyacınız olacaq.

serxan518 (2014-03-25 00:37:28)
Qaqa mümkünsə bu linkdəki extender-e baxardında zəhmət olmasa bu necədir almaqa dəyər bunun dbi çoxdur. http://www.ebay.com/itm/300M-USB-Wireless-WiFi-Network-Adapter-Card-5dBi-Extended-Antenna-JT1-/301120250465?pt=US_USB_Wi_Fi_Adapters_Dongles&hash=item461c2a6261

serxan518 (2014-03-24 23:31:17)
Təşəkkürlər ətraflı məlumat üçün. Demək mən almaq istədiyimdə belədir göstərici. 2dBi antennas integrated. Bu da siz deyən kimi çox zəifidir.

Mehman Elxanoglu (2014-03-24 22:03:30)
Bəlkə də səhv edirəm, ancaq bir şey deyim: bir neçə ay öncəyə qədər modemim 150Mbps idi, mən də Sizin kimi 300 Mbps model almaq niyyətindəydim. Seçim edərkən eyni qiymətə 450Mbps qarşıma çıxdı və aldım (3 antennalı bir modem). Düşündüm ki, ən azı binanın başınadək tutmalıdır (4-cü mərtəbədə qalıram). Düşündüyüm çıxmadı, blokdan bir neçə metr aralanan kimi əlaqə kəsildi. 150lilik modemim də eyni qədər məsafə tuturdu və bunun üzərində düşündüm. Məsələ burasında idi ki, 150lilik modemim 5dBi olduğu halda 450lilik modemim hər antennaya 3dBi ixrac edir (düşünmüşdüm ki, 3 antennanın cəmində bu 9dBi edir). Halbuki 450liliyim 5dBi olsaydı onda məsafə arta bilərdi. Qısacası, modemdə Mbps çox olması yaxşı haldır, ancaq məsafəni artırmaq istəyirsinizsə, dBi amilinə fikir verməlisiniz, belə ki, bir antennaya düşən dBi 5-dən çoxdursa, hesab edin ki, məsafədə irəlidəsiniz.