Texno Portal açsam uğurlu olarmı ?

Salam bəylər. Bildiyimiz kimi Yerli Texno Portallar çox azdı demək olarki yoxdur. Texno Portal açmaq fikrinə gəlmişəm. Sayt 3 hissədən ibarət olacaq olacaq: Xəbərlər / Forum / Bazar Sizcə uğurlu olarmı ?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Həsən (2014-03-28 12:46:27)
Aha razıyazm sizinlə

Sabir_Azeri (2014-03-27 23:07:32)
Layihe üçün elinde hazır pulun olsun. Uzun prespektivde xeyir gözlemelisen. Tez ruhdan düşmek lazım deyil. Birde esas saytı tanıtmaqdı, eger aktivlik yavaş yavaş artırsa onda sizden ruhdan düşmez davam edersiz.Bunun üçünde her ay müeyyen mebleğ pul ayırmalısız.

Həsən (2014-03-27 15:05:11)
Təşəkkür edirəm hər birinizə. Fikrimdə ciddiyəm. Yəni ciddi bir layihə planlaşdırıram. Və həmin plan üzərində işləyirəm. Bacardığım qədər yeniliklər edəcəm. Və saytın rahatlığınada çox önəm verəcəm. Görək nə olur. Ama prewiev üçün hansısa mağaza ilə müqavilə bağlamaq lazımdır. Onuda inanmıram kimsə razılaşa

Azerbaycan (2014-03-27 11:59:17)
İstifadəçilərin ən xoşladığı şey: yenilik. Yenilik lazımdır. Yazdığınız bölmələr texno park saytlarda var tam yeni şeylər fikirləşmək lazımdır.tam yeni.düzdür ola bilər bu bölmələrlədə istifadəçi yığa bilərsiniz ancaq rəqiblərinizlə eyni səviyyədə olacaqsınız və rəqib saytların elədiyi ən kiçik yenilikdə istifadəçiləriniz sizin saytı tərk edə bilərlər onun üçün də bir neçə yenilik fikirləşmək lazımdır elə olmalədırki saytın istifadəçiləri ən axırda yox ən birinci sizin sayta girsin bundan əlavə ən əsas şey reklamdır hər bir çeyin reklama ehtiyacı var saytı yaxşı reklam etmək lazımdır. Birdə bu fikirlə razı deyiləmki sayta istifadəçi yığmaq üçün 2 il lazımdır dediyim kimi yaxşı saytı yaxşı reklam etməklə ona qısa müddətdə istifadəçi yığmaq olar

aqilnuri (2014-03-27 10:00:57)
dediyiniz kimi Azərbaycanda elə portallar yox səviyyəsindədir. şəxsən mən Türkiyənin portallarından istifadə edirəm və onlarda belə portalların müəyyən hissəsi aktivdir. E.Hacı-nın sözünə qüvvət hər şey sizdən aslıdır.

E. Hacı (2014-03-27 09:56:19)
Salam. Əgər kontent keyfiyyətli olsa, və DAVAMLILIQ olsa, uğurlu ola bilər. Davamlılıq əsas şərtdir ki, bizimkilərin əksərində yoxdur. Açırlar saytı əziyyətlə kontent istehsal edirlər, görürlər bir neçə ay keçib, ziyarətçi də elə də çox deyil, pul da gəlmir və bağlayırlar. Halbuki daimi iri kütlə qazanmaq üçün aylarla yox, heç olmasa 2 il dayanmadan işləməyə hazır olmaq lazımdır. Odur ki hər şey sizin əlinizdə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dledə sitemap.xml necə yaratmaq olur

sayta birbaşa girmek

Script-in .sql çıxarmaq

texnologiya xeberleri.

Azərbaycan və Rus dillərində İT saytları

MYSQL bazayla əlaqə