Blogger saytı haqqında

Salam.Blogger saytımda Adsense aktivdir və Blogspot saytı haqqında 2 sualım var . 1. Hər hansı bir mahnı klibini (vevo videoları) youtubeden endirib blogger saytıma yükləməklə telif hakkına zidd hərəkət etmiş oluram yoxsa yox? 2. +18 videoları, yəniki baş kəsmək və s. şok verici videoları yayımlamaq olar bloggerdə?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Basat (2014-03-28 17:50:00)
Aydındır təşəkkürlər

H5M1 (2014-03-28 16:05:45)
Əlbətdə ki, saytında hər hansı postda izah kimi embed video qoya bilərsən. Söhbət sırf adsensdən gəlir götürmək məqsədi ilə düzəldilmiş videoları hər hansı keywordlar ilə yığıb saytında yayımlamaq, bir növ Youtube-nin mirrorunu düzəltmək bu artıq qayda pozuntusudur və hesab ban-a gedir.

E. Hacı (2014-03-28 11:46:40)
Kiçik bir əlavə edim ki 1-ci bənddəki qaydada embed video qadağan edilmir və heç bir maneçilik yoxdur, sadəcə sui-istifadə qayda pozuntusu hesab edilir. Ancaq başqasının videolarının embed-ini düzmək, özü kontent istehsal etməmək kimi hallar yəni.

H5M1 (2014-03-28 11:40:54)
Salam. 1. Əgər saytınıza youtube videoları embed edib qoyursunuzsa və adsense qoşmusunuzsa bu adsense qaydalarına ziddir və müəyyən müddətdən sonra hesab bağlana bilər. Bu haqda daha ətraflı. https://support.google.com/youtube/answer/71011?ctx=sibling 2. Aha düzdü icazə yoxdur.

E. Hacı (2014-03-28 09:25:40)
Salam. 1. Əgər YouTube share embed kod ilə istənilən videonu yerləşdirsəz problem deyil, yox əgər endirib öz Videonuz kimi harasa təzədən yükləyib sayta qoysaz bəli birbaşa qayda pozuntusudur. 2. Xeyr, icazə yoxdur. Ümumiyyətlə adsense saytında qaydalar yazılıb, tək bunlar deyil, çoxdur qayda.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

18 Yaşdan Kiçiklər Üçün Adsense

sifariş qaydaları

Google Adsense vergi

Google’dan (Adsense) ödəniş almaq üçün vergi məlumatlarını daxil etməlisiniz.

Adsense – Köməkçi bankın kommisiya tutulması

Google adsense reklamlarında ip nəzərə alınır?