Internet qazancı və vergi məsələsi

Salam. Bilmək istərdim internet vasitəsilə qazanc əldə edənlər vergi verirlərmi? (yaxud verməlidirlərmi). Hər hansı saytı ödənişli rekalm edenler, adsense reklamlarından gəlir götürənlər vergi məsələsini necə nizamlayır? Əgər həmin şəxs dövlət işi ilə yanaşı internetdən qazanc əldə edirsə bu vergidən yayınma sayılır?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

E. Hacı (2015-06-30 09:08:43)
Aldatmaq? Nə danışırsiz siz? Niyə aldadasiz ki? Qanuna riayət etmək lazımdır. Daimi pul qəbulu varsa vergi odemelisiz sahibkar hesabı açaraq. Yox əgər kimsə sizə bir dəfə üçün pul göndərirse o halda bunun vergiyə aidiyyatı yoxdur

Deli_Molla (2015-06-29 23:54:32)
Vergini nece aldatmaq olar?

black_09 (2014-03-29 20:56:16)
:D

E. Hacı (2014-03-29 16:58:27)
2% rayonda, 4% Bakıdadır. Xeyr, miqdardan asılıdır. İllik gəlir səhv etmirəmsə 100min manatı keçəndə artıq sadələşdirilmiş vergi yox, adi vergi ödəyirsiz. O da 14%-dür 18%-dir neçədir, dəqiq bilmirəm heç, illik gəlirim o qədər deyil :)

black_09 (2014-03-29 16:51:51)
Aydindir. Çox sağolun. Birdə qazancın miqdarından asılı ollmayaraq sadəcə 2-4% sadələşdirilmiş vergi olacaq? Yəni bura 14% gəlir vergisi daxil deyil.

E. Hacı (2014-03-29 12:25:57)
Salam. Bəli verməlidir fərqi yoxdur hardan gəlib pul, qazanc varsa vergi də olmalı. Reklamdan pul alan müqavilə baglamalıdır yerli şirkətlərlə, adsense və ya digər xarici mənbələr isə invoys verir hər ödənişdə, onu dərc edib sənəd kimi saxlamaq olar. Başqa işdə işləmək qəti problem deyil, əlavə işlər üçün fiziki şəxs kimi vöen əldə etmək lazımdı vergilər nazirliyindən. Və hər üç ayda hesabat vermək. Ki hər ay nə qədər qazanmışam. Sonra da orda yazılan 2-4% sadələşdirilmiş vergini ödəmək banka. Ümumiyyətlə bizdə heç də bütün internet üzrə fəaliyyət göstərənlər bunu etməyiblər, müəyyən qism edib. Amma yaxın gələcəkdə hamsi etməli olacaq, çünki hələ dövriyyə azdır deyə nəzarət də ciddi deyil bu sektora

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Expatlar kimə vergi verməlidirlər?

Lenkeran internet

Bakinterneti necə düzəldim

Sizcə YouTubedə vergi 1 min izləməyə nə qədər istər?

Internetdə pul qazanmaq

Wifi kodun dəyişmək