Chrome vs Yandex

Salamlar. Mən uzun müddətdir Yandex istifadə edirəm, ümumiyyətlə hər hansı browserə öyrəşdimsə digərləri ilə işləməkdə çətinlik çəkirəm. Eyni zamanda yandexdən əvvəl Chromeni uzun müddət işlətmişəm. Sualım bu olacaqdır ki, hansı browser daha sürətlidir? Yəni belə bir şey eşitmişəm ki, Yandex Chromenin elementləri ilə qurulub. Onda ola bilərmi ki, Yandex daha sürətli olması üçün özündən də əlavələr edib, və ya əksinə. Cavablarınız önəmlidir. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2014-05-27 15:24:34)
Yandex brauzer Rusiya və keçmiş şurəvi ölkələrdə istifadə olunur, elə də çox yayğın deyil hələ ki

iSalar (2014-05-27 13:36:31)
Bəlkə Çün mən Azərbaycanda Yaşamıram Ona Görə . Hər Yerdə bir Proqram Adlanıb . İranda ki Mən Yaşıyıram Hamı Ya Chrome İşlədər Ya Firefox

E. Hacı (2014-04-04 19:29:53)
Yandex elə Chromium ilə işləyir, yəni Google servislərini Chrome-dan tam silib yerinə Yandex servislər yazıblar, bir az da görkəm dəyişikliyi ediblər http://browser.yandex.com/

iSalar (2014-04-04 16:18:25)
Chrome hamısınnan yaxşıdı Mәn heç yandexin adın eşitmәmişәm Chrome nan sonra Firefox yaxşıdı Day heç biri

E. Hacı (2014-03-30 17:16:21)
Salam. Yandex-in daha sürətli olması ağlabatandır, hər ikisi Chromium Blink üzərində işləyir, Yandex daha minimalistik olmağa çalışır. Amma Chrome ona görə üstündür ki, o google xidmətləri ilə inteqrasiya olunub və nəhəng web store-a malikdir

Twilight.bella (2014-03-30 12:41:30)
salam,men butun browser lerden istifade etmiwem yeni meshur olan.google chrome suretlidi amma mence yandex daha suretle acir.Yandex i sadece extension lari yoxdu deye beyenmirem.mende google chromeni agirlawdiram elave extension lardi, onlar olmasa yeqin ki her ikisi eynidi. siz -which is the fastest browser? yazin ve gelen melumatlardaki reytinqlere baxin. heleki yandex -mozilla,google,ve s den ireli kecmeyib

Dilsuz (2014-03-30 12:38:41)
Salam. Yandex'i Chrome ilə müqaisə etmək, Facebook'u VKantakte ilə müqaisə etmək kimi bir şeydi. Ümumiyyətlə həm operativlik həm də keyfiyyət, rahatlıq baxımdan Chrome bir çox brauzerləri üstələyir. Yandex özünü sübut eldən brauzer olsaydı, bir çox proqramların üstündə özünü istifadəçiyə dürtməzdi! Explorer 11 belə, Yandex'dən daha yaxşıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

chrome-da öz özünə səhifələr açılır.saytlara girir.

Operanı açarkən 2 səhifə açılır

fayl yükləmə yandex disk

rus paypalında yandex money karti istifadə etmək olar?

Yandex denqi verifikasiya baki

Web Browserlərin gəlir mənbəyi haradır?