yeni notebookum üçün oyun parametrləri

salam mən özümə yeni nootebook aldim funksyalarini yazim eger zəhmət olmasa deyərsiz də yaxşidi pisdi,bir də ki buna uyğun hansi oyunlar yukleyə bilərm? CASPER NİRVANA İntel(R) Core(TM)) i5-4200 CPU @ 2.50Ghz 2.50 Ghz Ram 4.00 GB 64 bit İşlətim sistemi 2 GB NVİDİA GEFORCE GT.740 ekran karti

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

cingiz706 (2014-04-01 16:05:35)
Nie gta 5 ucun mende hansi funksiyasi catmirki?

Prince (2014-04-01 00:54:13)
GTA 5'den bawqa butun oyunlari acar ;)

cingiz706 (2014-04-01 00:10:28)
Cox sagol Mehman minnetdaram

Mehman Elxanoglu (2014-03-31 22:41:10)
RAM yəni "əməli yaddaş" loru dildə desək, həmin anda istifadə edilən məlumatların hər dəfə bıızzzt bızzzt şəklində hard diskdən yavaş bir şəkildə oxunması yerinə gedib RAMdan vııjjjt deyə bir andaca oxunmasına xidmət edir. Qısacası həmin anda istifadə edilən (məsələn) 100MBlıq informasiya vinçesterdən RAMa yüklənir, lazım olduqda RAMdan oxunur. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Bəzi proqramlar var ki, çalışarkən çox böyük həcmdə verilənlərə ehtiyac yaradırlar. Ancaq belə proqramları istifadə etməyiniz, ya da bir neçə proqramı eyni anda istifadə etməyiniz lazım olduqda RAM artırmaq işinizə yaraya bilər. Məsələn, mənə 1GBlıq data lazımsa, 4GBlıq RAMım varsa, deməli, 3GB RAMım boş durur (~75%), yox əgər mənə 2.5GBlıq RAMa ehtiyacım varsa, bu zaman 4GBlıq RAM ilə kompüterin sürətinin zəiflədiyini hiss edəcəksiniz. Ancaq Sizə 5GB RAM lazımdırsa və Sizdə cəmi 4GB RAM quraşıdırılıbsa, 1GB data hard diskdən oxunacağına görə alıb həmin kompüterə 6GBlıq RAM quraşdırmağınız işi sürətləndirəcək, əməli yaddaş daha az yükə düşəcək və kompüter daha az qızacaq, daha az qızacaqsa, deməli, detalların ömrü uzanacaq, detalların ömrünün uzanması isə kompüterdən uzun müddətə istifadə üçün zəmin yaradacaq, hər dəfə usta axtarmalı olmayacaq, vaxtınız gözləmədə keçirməklə əsəbləşməyəcəksiniz. Əsəbləşməmək Sizin də ömrünüzü artıracaq, daha az həkimə müraciət etməli olacaqsınız. ;) Bir az zarafat da olsa, x64 bitlik bir sistemdə minimum 6GB, imkan varsa, 8GB RAMın olması məsləhətdir, artıq olsa lap əla! Bir də xeyirli, uğurlu olsun!!!

Mehman Elxanoglu (2014-03-31 22:15:19)
Yəqin 655 kredit qiyməti olub, bir növ satış hiyləsi kimi... Başa düşmək çətin deyil ;)

cingiz706 (2014-03-31 22:08:02)
Birdeki Mehman men bunu 570 azn almiwam sizce nece almiwam yeni deyer bu kmpa ?

cingiz706 (2014-03-31 22:06:37)
Taniw dukandan aldim endirim etdi 570 azn nece almiwam vitrine 655 qoymuwdular.

cingiz706 (2014-03-31 22:04:49)
Cox sagol Mehman..RAMin coxlugu neyi guclendirir ne xeyri olur notebookA?

cingiz706 (2014-03-31 22:01:36)
Cox sagol Vusal sualima cvb yazdigin ucun minnetdaram.

Azerbaycan (2014-03-31 16:53:39)
Salam xeyirli olsun men fikir deye bilmerem bu haqda amma maraqlı gəldi neçəyə almısınız bunu?

Mehman Elxanoglu (2014-03-31 10:46:04)
Xeyrli olsun, sağlıqla işlət... Intel Core i5-4200? Belə mobil prosessor rastıma çıxmayıb, ancaq takt tezliyinə baxsaq (2.5GHz), bu çox güman ki, Intel Core i5-4200M olacaq, Turbo rejimdə takt tezliyi 3.1 GHzə qədər çatmalıdır. Ekran kartı 2GB olmağı yaxşıdır, ancaq 4GB RAM üçün zənnimcə, bir az lüzumsuz ola bilər, RAMı heç olmasa, 6GB (imkan varsa, 8GB) edə bilsəniz, hazırkı performansından da üstün bir performansda özünü göstərə bilər. Yenə də xeyrli, uğurlu olsun...

vusal94 (2014-03-31 01:05:59)
Salam gostericler eladir istenilen oyunu rahatliqla oynaya bilersen Cunku 2GB video kart yaxwidi ama rami 8 gb elesen ela olar. ugurlar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Türkiyədən Notebook almaq

Notebook korpus təmiri

Notebook proqramları haqqında

Notebookun batareya xeberdarliq isigi

notebook

Notebookun video kartı necə dəyişilir?