whatsapp nədən qazanır?

Whats app nədən qazanır?bilən var birdə google axtarışdan nətər qazanır?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Həsən (2014-03-31 17:23:47)
Whatsapp Çiçəklənmə mərhələsindədir :)

E. Hacı (2014-03-31 17:11:23)
Salam. 1. Whatsapp öncə investisiya və.s. hesabına bir neçə il qazancsız işlədi, sonra isə qazanmağa başladı. Bildiyiniz kimi proqram pulludur, illik haqqı 1$-dır. Düzdür hələ ki əsas hədəfi bütün mobil dünyanı ələ almaqdır deyə pulu məcbur istəmir, arabir bildiriş edir, kim vermirsə, pulsuz daha bir il uzadır. Amma artıq pul yığmağa başlayır, keçən il səhv etmirəmsə xərclərini çıxanda yerdə 20 milyon təmiz qazancı qalmışdı. Düzdür bu həcmdə proqram üçün kiçik məbləğdir, amma bu başlanğıcdır, yaxın illərdə hər bir istifadəçidən pulunu tələb etsə illik gəliri 500milyon-1 milyard arası olacaq. 2. Google axtarışdan belə pul qazanır: Siz axtarış edirsiniz, bəzən üst hissədə, bəzən sağ hissədə axtarışın nəticələrinə uyğun ödənişli nəticə çıxır. Siz bəlkə də ona bilmədən nəticə olaraq klik edib keçirsiniz, və o klikə görə Google pul qazanır, pulu klik olunan saytın yiyəsi olan şirkət ödəyir. Və belədə tutalım hər 1000 axtarış ediləndə 10 klik olsa, gündə tutalım 1 milyard axtarış edilir və 10 milyon klik edilir. Hər klikə görə də bir neçə sentdən bir neçə dollaradək pul gəlir. Və beləliklə nəhəng gəlir alınır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

instaqram nədir

Biznez plan nə deməkdir

ebayda malı geri qaytarmaq

Paypal pulu bloka salıb

c++ tapşırıq kitabı

sayt açmaq üçün kurs