Balansa nəzarət

Salam dostlar, bundan bir neçə il öncə Nokia 6100 istifadə edənlər Settingdə Fixed dialing deyə bir şey olduğunu yaxşı xatırlayarlar. Fixed dialing ilə balansı kilidləmək olurdu, nə zəng etmək olurdu, nə sms yazmaq, nə internetə girmək, nə də kontur göndərmək... Ancaq Fixed dialingdən istifadə etmək üçün PIN2 kodunu bilməliydin, çünki, hər dəfə Fixed dialingi On/Off etmək üçün PIN2 kodu soruşulurdu. Sual: Samsungun S seriyasında (S2-dən yuxarı) Settingdə belə bir (zavodskoy) funksiya varmı? Əlavə applar ilə bunu etmək də olar, ancaq mənə maraqlı belə bir funksiyanın default olmasıdır. Əgər olmadığınıza ƏMİNSİNİZSƏ, Nokia 6100da olan Fixed dialing funksiyasını özündə daşıyan app məsəhət görərdiniz (amma On/Off edərkən parol və ya PIN kod istəsin).

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-04-02 21:11:43)
Aha bütün Android sistemlərdə varmış bu funksiya. Amma indiyədək nəyə lazım olduğu ilə maraqlanmamışam heç :)

Mehman Elxanoglu (2014-04-02 20:46:18)
Axtarıb-axtarıb tapdım, mən bu sualı böyük (20-30 yaşlı) "uşaqların" telefonla oynamaması üçün soruşurdum. Termin olaraq dediyim şey Samsungda FDN (Fixed Dial Number) kimi gedir. Bəs bunu necə etmək olar: Ana ekrandakı Phone ikonuna girib, sol düyməni (Menu) basırıq, açılan menyudan Call Settings seçirik. Sonra Additional Settings seçib, Fixed Dialling Numbers edirik. Enable FDN etdikdə PIN2 sorğusu verilir vəssalam... Gəl ki, hələ test etməmişəm, ancaq çox güman ki, işləməlidir. İzahatlı video: https://www.youtube.com/watch?v=rgCIghEnk0k

E. Hacı (2014-04-02 11:42:01)
Salam. Dövr dəyişir, yanaşma tərzləri də dəyişir, Android smartfonlarda buna gərək yoxdur fikrimcə, ona görə də qoymayıblar defaulta. Əminəm. Smartfonu ümumən qorumaq üçün pattern parol pin2 və.s. qoruma var girişdə. Sırf daxili funksiyaları bağlamaq üçün(məsələn uşaq oynayanda) flight rejimə qoymaq olar, bu rejim sadaladığınız funksiyaları bağlayır. Maraq üçün deyim ki, S5-də bu rejim artıq default var. Uşaqlar üçün ayrıca rejim UI açılır, tam başqa bir interfeys olur, məhdud imkanlar ilə. Ordan çıxış da yəqin ki parol ilədir. App-lara qaldıqda təəssüf ki işlətmirəm deyə bilmirəm. Şəxsən özüm belə hal olanda flight rejim istifadə etmişəm. Play store-da reytinqinə görə seçmək olar azacıq axtarışdan sonra: child mode filan axtararaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung galaxy s3 unroot

mobogenie proqramı

Unlock code PİN

apk formatlı oyunları editləmək

Videonun formatını dəyişdirən ən keyfiyyətli proqram

Galaxy S3 də print screen