sifariş qaydaları

Salam. CAMEX,FEDEX,EMS kimi saytlarda sifariş qaydalarını bilən var? zəhmət deyilsə ətraflı başa sala bilərsiniz sifariş qaydaları haqqında. Bu saytlardan sifariş sərfəlidir? ve bildiyimə görə 4-7 gün ərzində gəlir. bunlar doğrudur.?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-04-01 14:42:29)
Xeyr, bunlar poçt şirkətləridir, heç nə satmırlar, sadəcə satıcının verdiyini gətirib alıcıya təhvil verirlər. Çatdırılmanın növündən asılıdır müddət. Fedex-də 3 günə çatdırma da var Amerikadan bura, 50-60 azn-ə, və ya 5-6azn-ə çatdırma da var, 15 günə filan. Yəni malı aldığınız saytda satıcı sizə yazır ki neçə günə çatar təxminən

Eşqin (2014-04-01 13:08:02)
Mənim ümumiyyətlə anlayışım yox idi . sadəcə mənə bunu demişdilər . Mən indiyə kimi elə bilirdim bunlar shopping saytlarıdı. bəs neçə günə gəlir ?

E. Hacı (2014-04-01 10:22:29)
Fedex, EMS göndərən seçir göndərir, sizə yalnız təhvil almaq qalır. Qaydası filan yox. Camex isə 3rd party şirkətdir, qeydiyyatdan keçin, giriş səhifədə hər şeyi aydın görəcəksiniz. Sual verənlərin çoxunda bu cəhəti görürük təəssüf, heç bir cəhd etmədən sual vermək. Yəni yaxşı olardı ki, Camex-də qeydiyyatdan keçəsiniz, sonra tutalım amazon-dan nəsə alıb camex-ə göndərəsiniz. Camex də onu gətirə Bakıya. Və bütün bu proseslərdə hansısa çətinlik çıxsa soruşasınız. Heç bir şey etmədən sual vermək doğru deyil