Azəricard və GoldenPaydan başqa ödəniş sistemləri

Salamlar. Bu iki şirkətdən də baş aça bilmədim. GoldenPay ümumiyyətlə diyir Apreldən başlanacaq saytların qəbulu, ama hələ də bərpa etməyiblər. Başqa ödəniş sistemləri var? sayta qoşub ödəniş qəbul etmək üçün. Əgər varsa zəhmət olmazsa bildirərdiz.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Eti526 (2014-04-03 16:01:59)
Təşəkkür edirəm

E. Hacı (2014-04-03 15:59:14)
O zamanla dəyişə bilər. Azericard.az saytından telefon nömrəsini götürün soruşa bilərsiniz. Ofisləri Mərkəzi Bankın yanındadır.

Eti526 (2014-04-03 15:51:16)
Sizə zəhmət olmazsa tam olaraq sənədləri yazardız mənə və Azəricardın ünvanını zəhmət deyilsə.

E. Hacı (2014-04-03 15:50:04)
Əlbəttə, sizin işiniz Azericard-ladır. Ora müraciət edin ki elektron mağaza filan açmaq istəyirəm sənədlərim də qaydasındadır

Eti526 (2014-04-03 15:48:00)
Onda mən Azəricarda müracıyyət etsəm kömək edəcəklər? mənim Beynəlxalq banlda VÖEN-mə uyğun hesabım da var.

E. Hacı (2014-04-03 15:46:22)
Mən 1 günə həll etmişdim orda məsələləri, eləcə də tanıdığım başqaları da. Sənədləri aparıb vermişdim Azericarda, müqavilə bağlamışdım vəssalam. Qalan nə varsa özləri həll etdilər bankla. Beynəlxalq Bankda da VÖEN hesabım var idi, onun da rekvizitlərini almışdılar. Terminal açılmasına bir neçə gün vaxt getdi deyəsən, ondan sonra sistem hazır oldu.

Eti526 (2014-04-03 15:42:23)
Azəricardın nəyinə normal deyirsiz anlamıram? Beynəlxalq bank vasitəsi ilə müraviyyət etdik, 1 aydan sonra hələ də xəbər çıxmadı, onnan sonra Azəricardla əlaqə saxladıq, bildirdilər ki, bizə sizin sənədlər daxil olmayıb. Sonra Beynəlxalq banka şikayətdən sonra, bildirdilər ki, guya qəbul olunmuyub, amma heç bir əsas göstərmədən.

E. Hacı (2014-04-03 15:40:21)
Azericard normal sistemdir. Şərtləri də asandır. Başqa yoxdur hələ ki. Bank Standart özünə yaradır 3-cü prosessinq mərkəzi, amma hələ ki elan etməyiblər deyə yəqin ki hazır deyil

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Türkiyədən Azərbaycana ödəniş

Online Market sənədləşmə

Paypal ölkə seçimi

eBay ve Etsyden Paypala pul etmək

Adsense ödənişi neçə günə bank hesabına yatır?

goldenpay geri ödəniş