Linux,Windows 7 ve Windows XP Boot menuda problem yaranır

Lap əvvəllər Windows Xp işlədirdim , sonra noutbuku dəyişdim fayllar itməsin deyə hard diski təzə noutbuka qoşdum, ama windows xp ile işləmədi . Windows 7 Ultimate edition sistemini yazdım , xpni silmədim çünki lazımlı şeylər var idi. Bu 2 sistem birlikdə problemsiz işləyirdi . Sonra Linux Mint 15 Olivia yazdim, problemlərdə bundan sora başladı . Yazandan sora Boot Menuda tekce Windows 7 sistemini göstərirdi , onada girmək istəyəndə " disk read occurred error. CTRL ALT DEL restart" yazısı cixirdi. Windows 7de repair ile fixmbr elədim bu düzəldi , lakin bunu edəndən sora linux yoxa çıxdı . Yenidən Linuksun diskini salib update-grub ile linuxu qaytara bildim ama bu dəfə də Windows yoxa çıxdı . Bu 3 sistemin problemsiz işləməsi üçün nə etmək lazımdı ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ZoNe_ADMIRAL (2014-04-20 00:09:03)
Düzəltmişəm bunu artıq , hər şey super işləyir. /boot/grub/menu.lst faylına: [code]title Windows Boot Menu by ZoNe aDMiRaL rootnoverify (hd0,0) makeactive chainloader +1[/code] sətirlərini əlavə etdim, hamısı işləyir. Çoxsağolun.

Alibeyov (2014-04-18 12:35:13)
Windows XP -> Windows 7 -> Linux - bu ardıcıllıqla BIOS modda install etsəniz, problem yaranmamalıdır. Diqqətli olun, UEFİ mod olmasın. Amma çox partition yaranacaq, bu da nə vaxtsa problem yaradacaq hard diskdə. Gərək Sizdə D diski olmasın. Əgər hər-hansı məcburiyyət yoxdursa, Windows -lar arasında seçim edib birini saxlayın, + Linux yazın, işlədin. Linuxu yazanda partitionları özünüz yaradın.("install alongside Windows ..." -etməyin) Linux üçün sizə uyğun həcmdə yer boşaldın harddiskdə, həmin yerdə ext4 partition yaradın, primary olsun, kateqoriyanı da "/" seçin. swap və ya digər şeylər üçün partition yaratmayın. Problem olmamalıdır. Bu metodla etsəniz, XP -ni də 7-ni də qəbul etməlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

komputer sleep getmir

Windows 8.1 bluetooth-la bağlı sual

kompyuter update təkrarı

Windows 7 Service Pack 1 xətası

Mac OS X

Windows 7