Reklam sistemində ban olmaq

əgər adsensedə ban olsam məlumat həmin dəqiqə gelecek , yoxsa aylıq pul gəlmiyəndə xəbərim olacaq? Birdə ki ban olunduqdan sonra qaydalara normal riayət etsəm yenidən gəlir bərpa olunacaq?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

kenan84 (2014-04-06 21:04:52)
düz yol varkən, nədən əyri yoldan gedib ban olmaq istəyirsiniz ki? hasan pul qazanmaq düşüncələri heçdə xoş deyil. gördüyüm qədəriylə Azərbaycan`da adsense istifadəçilərinin sayısı artmaq da amma birtərəfdəndə banlanmaq istəyənlərdə çoxalmaqda:)

Baxisli Ilham (2014-04-06 20:11:00)
referral sistem nədir? dropbox ona aiddir?

E. Hacı (2014-04-06 17:53:48)
Siz fərqli İP-dən edəcəksiniz deyə bu özü özünə klikləmək deyil. Amma buna baxmayaraq təzə hesab olsaydı bəli yenə də edərdilər ban. Amma köhnə hesabdırsa, sadəcə hesaba almayacaq kliklərin heç birini, biləcək ki kimsə mərdimazarlıq edir.:) Yoxsa kimin kimdən xoşu gəlmir bağlatdırardı

E. Hacı (2014-04-06 17:52:02)
Xeyr adsense deyil, başqa referral sistemidir. O biri suala qalanda isə o suala cavab vermişdim, bəli dərhal ban edir

Cabbarov Sübhan (2014-04-06 16:44:07)
Ona belə çıxır ki mən bu saytda olan reklama dəfələrlə vursam sizin hesab blok olacaq?

Baxisli Ilham (2014-04-06 13:54:19)
Bu saytda olan theme ilə əlaqədar reklam adsense reklamıdır? birdə ki məsələn mən hansısa saytın reklamına 100 dəfə klik etsəm ( məsələn) google bunu hiylə başa düşüb onu ban edəcək?

E. Hacı (2014-04-06 13:15:21)
Hər ikisi. Hətta ad və soyad da. Və təkrar istifadə olmur. Çox sərtdir Google bu məsələdə, çünki o nəhənglikdə şirkətin əsas gəlir mənbəyi budur deyə, reklamverən müştərinin etibarını itirməmək üçün hədsiz sərt davranır, hətta özü də etiraf edir ki bəzən günahsız yerə ban da etməli olur şübhə olduqda. Məsələn siz filan providerin internetindən istifadə edirsiniz, by default statik ip vermir sizə heç bir provider, bugun x.y.z.w IP-si ilə girirsiz adsense hesabı yoxlayırsız, sabah o İP başqa adamda olur və o sizin reklama klik edir. Və hesabınız blok edilir. Düzdür bu etibar qazanmış partynorlarla olmur, etibar qazanmış partnyor yəni artıq uzun müddətdir qayda pozmadan əməkdaşlıq edən pul qazanan və qazandıran partynor. Belələrinə sadəcə xəbərdarlıq göndərir ki belə bir məsələ var diqqətli olun ya tədbir görün və.s. Hətta köhnə partynorlar 1-2 dəfə öz reklamına klik etsə belə problem olmur. Təzə useri isə dərhal ban edirlər yuxarıda dediyim halların hər birində.

Cabbarov Sübhan (2014-04-06 12:14:52)
Ban sistemi sayta görə edilir yoxsa sadəcə hesab ban edilir? Yəni sonradan başqa hesabda həmin saytı işlətmək olar?

E. Hacı (2014-04-06 07:41:25)
Salam. Adsense ban birdəfəlik və geri dönüşsüzdur. Qayda pozuntularınizi toplayır lazımi qərar verən kimi hesabının bağlanır login ola bilmirsiz ekrana mesaj çıxır. Yəni daha heç bir fürsət verilmir