Azəricard E-commerce problemi

Salamlar. Mən daha öncə burada sayta online ödəniş sistemi necə qoşmaq lazımdır barədə sual vermişdim. Azəricarda müraciyyət etdim və onlar mənə banka müraciyyət etməyimi söyləyirlər. Bankda isə bu iş uzanır 1 ay və daha çox müddətdə və əsassız səbəbdən qəbul etmirlər. Nəyə görə? Heç bir yerdə bu qədər çətin iş deyil bu online ödəniş sistemi qoşmaq bizdə olduqu qədər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

nk.nijat (2015-03-30 14:56:30)
Azəricard sistemində qeydiyyat çox sadədir. Azəricard-ın rəsmi saytına daxil olun. Partnyor banklar bölümünü görəcəksiniz. Həmin banklardan hansısa birində hesab açmaqla rahat şəkildə sistemə qoşula bilərsiniz. Hesab açmaq üçün öncəliklə VÖEN olmalıdır. VÖEN olduğu təqdirdə Vergilər Nazirliyini elektron vergi xidmətinə daxil olaraq seçdiyiniz bankın müvafiq filialına VÖEN-in dublikatını göndərməniz lazım olacaq. Bu proses Nazirliyin saytında online şəkildə aparılır. VÖEN şəhadətnamənizin dublikatı göndərildikdən 2 iş günü sonra 10 gün ərzində Qeyd etdiyiniz bankın seçdiyiniz filialına yaxınlaşaraq hesabınızı aça bilərsiniz. Hazırda hesab açma əməliyyatı 10 AZN təşkil edir. Hesab üçün aylıq xidmət haqqı isə 2 AZN. Qeyd edim ki, Azəricard-a qoşulma pulsuzdur. Azəricard sadəcə ödənişə görə hazırda 1-1.5% tutur. Hesab açdıqdan qısa müddət sonra bank sizi online şəkildə proqram təminatının qoşulması ilə bağlı mütəxəssisə yönləndirir. Bu zaman saytınızda quraşdırılmanı edirsiniz. Bank həmçinin sizə test edə bilməniz üçün kart məlumatları da göndərir. Yoxlanılıb tam işlək vəziyyətə salındıqdan sonra artıq sizin hesabınız sistemə qoşulur. Ümid edirəm növbəti oxuyuculara köməkçi olacaq yazı olar. Nicat Kərimov DigitalPage.az

Eti526 (2014-04-07 13:45:43)
İşlək olmayan saytlara belə Azəricard və GoldenPay ödəniş sistemi qoşub artıq. Heçnə anlamıram. Çoxsağolun.

E. Hacı (2014-04-07 13:43:53)
Axı mən orda işləmirəm necə kömək edə bilərəm ki. Bunu ən yaxşı həll yolu bürokratik səbəbləri tapmaqdır. Banka gedib şikayət etmək, tələb etmək ki kim baxır bu işə cavab versin mənim sualıma ki, yubanmağa səbəb nədir, əngəl nədir, harda ilişib və.s. Bunu biləndən sonra da bütün suallara cavab tapılmış olar. Yəni siz call center-dən çətin öyrənəsiz bu sualın cavabını, banka gedib əlaqadər şəxslərdən tələb etmək lazımdır cavabı

Eti526 (2014-04-07 13:36:23)
Heçbir əsas göstərmir. Azəricard da deyir ki, bizə sənədlər daxil olmayıb. 1 ay gözlədik heç bir nəticə yoxdur. Siz bu barədə bizə nəsə koməklik edə bilərsinizmi? Çox xahiş edirik

E. Hacı (2014-04-07 13:34:38)
Bəlkə qaydanı dəyişiblər ya nə ediblər anlamıram şəxsən, indiyədək neçə sistem qoşmuşam Azericarda, hər birində də eyni prosedur olub, Azericarda müraciət, ofislərinə gedib müqavilə bağlayıb sənədləri təqdim etmək, bir neçə günə hər şeyi hazır təhvil alıb texniki işlərə girişmək. Banka müraciət nəyə lazımdır anlamıram şəxsən mən. Başqa bank olanda terminal açdırmaq lıazım olur bəli, amma Beynəlxalq Bank ilə olanda Azericard özü edir bütün bunları. Bank qəbul etmirsə bəlkə nəsə xüsusi səbəb var sizinlə bağlı. Nə deyir nə əsaslandırır? Əgər tutarlı bir şey demirsə şikayət edin bankın rəhbərliyinə.