Root nə deməkdir

Salam. Telefonun root edilməsi nə deməkdir? Root etmək telefona xeyirdi yoxsa ziyandı? Android telefonlarda root necə edilir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

RZALI (2014-04-08 00:16:06)
Belə dolğun cavaba görə çox sağolun təşəkkür edirəm.

E. Hacı (2014-04-07 19:12:07)
Salam. Root etmək Linux əməliyyat sistemində super user səlahiyyətinin əldə edilməsi deməkdir. Android də Linux ailəsinə aid sistemdir bildiyiniz kimi. Root user Windows-da administrator user ilə eyni məna daşıyır. Yəni bütün işləri görə bilən, hər şeyi silib yaza bilən və.s. Başqa userlərdə isə icazə yoxdur xətası çıxır. Google da Androidi düzəldərkən standart halda bu super useri deaktiv edir, ki hansısa pis niyyətli botlar proqramlar sistemi korlaya bilməsin, və ya istifadəçi özü də bilmədən öz sistemini sıradan çıxara bilməsin. Lakin bu bəzi xüsusi hallarda istifadəçi sistem ayarlarını dəyişmək istədikdə problemlərə gətirir çıxarır. Ona görə də root etmək anlayışı yaranıb. Köməkçi proqramlarla bəzi şəxslər metodlrar təklif edir ki kim istəsə super useri diriltsin və sistemdə istədiyi dəyişikliyi etsin. Root-un üstünlükləri: Sistem fontunu dəyişmək, telefonun üstündə gələn lazımsız proqramları silmərək işləmə sürətini artırmaq, sistemə başqa versiya Androidi özbaşına yazmaq və.s. Root-un mənfi cəhətləri: İstənilən bəd niyyətli proqramı bilmədən install etsəniz bir anda bütün sisteminizi sıradan çıxara bilər, və ya özünüz də bilmədən hansısa sistem ayarını səhv dəyişsəz sistem sırdan çıxa bilər və.s. Necə etmək lazım olduğu isə hər smartfon üçün ayrıdır, sadəcə google-da axtarmaq bəs edər.

Bextiyar Azeroglu (2014-04-07 19:04:02)
sistemin android versiasının dəyişilməsi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

texnikum imtahani haqda internetdə ətrafli məlumat

mesajla reklam göndərmək

Telefon almaq

Fb-da yalnız dostlar mesaj yazsın.

Android video

Samsung GT-S7262 – zəngə mahni qoymaq olmur.