Server almaq

Salam server almaq neçəyə basa gələr? birdə onun pulunu illik odəyirsen yoxsa hər açilan domenə gorə birde onu kimdən alirsan? ve ən esas domeni açandan sonra başqasi gelib desəki menim şirkətimin adi bununla uygundur onda server menim ola ola menden ala biləcəklər?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Web Saytlar Yaradılması (2017-10-25 16:12:35)
Siz domen və hostinq satmaq istəyirsiniz. Bu ikisi üçün fərqli, ancaq çox uzun sənədləşmə, texniki bilik, maliyyə lazımdır. Asan yolu budur ki, reseller olursunuz. Yəni domen və hostinq satan böyük şirkətlərin xidmətlərini öz saytınızda satırsız. Bunun üçün özünüzə domen almalısınız. Qalan işləri (texniki, sənədləşmə, sayt qurmaq filan) provayder şirkət özü edəcək.

Azerbaycan (2014-04-08 12:12:34)
Haradan almaq olar serveri hostinq domen demirəm yəni domen hostinqi ozum hec bir yerə müraciət etmədən qeydiyyat edə bilim necə ki biz alanda hansısa şirkət qeydiyyatdan keçirir

E. Hacı (2014-04-08 10:40:25)
Salam. Hostinq haqda yuxarıda yazdılar. Ayrıca server almaq isə daha bahadır. Aylıq 40-50 azn-dən tutmuş 1000lərlə azn-ə kimi haqqı olan serverlər var. Aylıq ödəniş qəbul edir əksər server satan şirkətlər. Hostinq isə əsasən illik qəbul edir.(Hostinq serverin daxilində proqram təminatının ayrıdığı kiçik yaddaş sahəsidir, hansı ki içində sayt qurmaq olur, server isə bütöv kompüter qurğusudur, hansı ki içində nə qədər istəsəz sayt qura daha çox ziyarətçili sayt qura bilərsiniz) Siz domeni serverə birləşdirəndən sonra tutalım kimsə sizi domeninizi məhkəmə ilə sizdən alsa, bunun serverə heç bir aidiyyatı olmayacaq. Server qalacaq yerində və rəqəmli İP ilə işləməkdə davam edəcək, sadəcə domen başqa yerə yönlənəcək və onu yığanda daha sizin serverdəki sayt açılmayacaq, yeni sahibinin saytı açılacaq. Sizsə serverə təzə domen alıb asanlıqla qoşub qaldığınız yerdən davam edə bilərsiniz. Yəni serveri və içindəkiləri heç kim sizdən ala bilməz.

Tahirson (2014-04-08 10:27:26)
Yəqin ki hosting nəzərdə tutursunuz. Təbii ki bu xidməti verən şirkətdən asılıdır. Təxmini yaxşı hostingin qiyməti illik 60 dollara yaxın olur. Amma hətta pulsuz hosting belə tapmaq mümkündür, məsələn byethost.com Başqasının gəlib sizdən hostingi almağı praktiki olaraq mümkün deyil, amma təbii ki adlara görə məhkəməyə müraciət ola bilər.