sayt açmaq üçün kurs

Salam. Mən sayt açmagi hansı kursda öyrənə bilərəm və nəçə aya ? və nəqədər dir aylıq pulu?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Azerbaycan (2014-04-09 19:54:31)
Yazdığım saytda birinci dersde ele skripti sayta yükləməkdi

shop (2014-04-08 23:15:08)
bes burda kodlarnandir men ise skript alib sayta vurmaq isteyirem . bunu basa salan video var mi?

Bextiyar Azeroglu (2014-04-08 18:52:18)
yuxarıdakı linkə daxil ol. sağolsun videoları hazırlayan hər şeyi ən xırdalığlna kimi izah edib. HTML CSS PHP hamısı haqda 0dan dərslər var. Sizə sadəcə diqqətlə izləyib öyrənmək qalır.

Bextiyar Azeroglu (2014-04-08 18:51:58)
https://www.youtube.com/channel/UCNS2oKwpM02DbT3AnRLFsqw

Azerbaycan (2014-04-08 18:33:13)
Əgər ingiliscə bilirsinizsə w3schools.com bu saytdan sayt yığmaq üçün hər şeyi öyrənə bilərsiniz asan yolda var yuxarıda yazıldığı kimi wordpress joomla siz ən birinci asan yolla başlamağınızı məsləhət görürəm belə istədiyiniz bir çox saytı yarada bilərsiniz ondan sonra keçərsiniz dillərə phphocam.com da wordpress in 1-2 dərsi baxa bilərsiniz amma əgər deyirsinizsə keçirəm dillərə onda ilkaddimlar.com a girin html bölməsi ilə başlayın uğurlar!

shop (2014-04-08 17:58:46)
xeyir mən sadəcə öz saytımı qurmaq istəyirəm amma indi 300-500 azn deyillər. istiyirəm özüm bilim neçə edilir . Amma axtardım tapa bilmədim. var amma rus və ingilis dillərində . siz mənə you tub dan və ya Google dən nəyi məsləhət görə bilərsiniz baxa baxa öyrənim ordan

black_09 (2014-04-08 17:25:49)
Bu ən çox sizin özünüzdən asılıdır. Misal üçün mən heç bir proqramlaşdırma dilini bilmirəm, lakin wordpress,joomla istənilən formada sayt hazırlaya bilirəm. Onların verdiyi imkanlar çox genişdir. Sayt açmaq üçün youtubda kifayət qədər video, google-da yetəri qədər elektron dərslik var. Sadəcə araşdırıb öyrənə bilərsiz. Əgər mükəmməl şəkildə öyrənmək istəyirsizsə və bu işlə ciddi məşğul olacaqsınızda lazım olan proqramlaşdırma dillərini mütləq bilməlisiz.

shop (2014-04-08 17:06:07)
indiyə kimi burda olanlar hardan öyrənib bunları .?Mənə oda lazımdı. şəhərdə çoxdu elə kurslar amma çoxu keyfiyyətsizdir

black_09 (2014-04-08 16:26:49)
Sayt açmağı öyrənmək üçün HTML və PHP proqramlaşdırma dilini mənimsəməlisiz. Həmçinin sonrası üçün daha yüksək səviyyəli saytlar yaratmaq üçün əlavə dillərdə lazım ola bilər. Bunun üçün, şəhərdə bir çox kurs fəaliyyət göstərir. Həmin kursda çalışanlar sizə daha düzgün istiqamət verəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

telefon qeydiyyati

Oyun üçün şəkil

telefonu satmaq üçün qiymət təyin etmək

Azərbaycan dilin yükləmək

Android ucun tam Gizli sms gonderen program

saytda c++