cmd nədir?

salam , cmd nədir ? nəyə lazımdır?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ahmed (2014-04-10 12:18:47)
Salam. Biz kompüterlə işləyərkən bu və ya digər proqramları yerinə yetirirk. Bəzən eyni işi yerinə yetirən proqramın müxtəlif interfeysi olur, misal üçün Qrafik, Web və ya Kansole interfeysi. Görülən iş eynidir fərq yalnız proqramın istifadəsindədir. Tətbiq adlandırdığımız (application) və Grafik istifadə interfeysi təqdim edən proqramlar istifadəçilər arasında daha çox istifadə olunur. Burada müxtəlif məlumatlar daxil etmək üçün pəncərələr və müxtəlif funksiyaları icra etmək üçün düymələr (buttons) xarakterikdir. Proqramların kansol versiyası isə bir qədər təcrübəli istifadəçilər, sistem inzibatçıları üçün nəzərdə tutulub. Burada bütün məlumatlar və əmrlər tək bir pəncərədən daxil olunur, CMD pəncərəsindən. Bütün əmrləri əzbər yadda saxlamaq tələb olunur. Bir qədər çətin olsa da sürətli olduğuna görə inzibatçılar həmişə CMD -dən istifadə edirlər. Həm də bir çox proqramların və sistem əmrlərinin Grafik interfeysli versiyası olmadığına görə inzibatçılar arasında CMD daha məşhurdur. Kansol pəncərəsi Windowsda - CMD, Unixdə isə Terminal adlandırılır və əsasən Unix/Linux mühitində geniş istifadə olunur.

vusal94 (2014-04-10 09:47:12)
burdan daha genish melumat ala bilersen

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

cmd.exe əmrlər

Kompyuterdə cmd-ya girərkən kompyuter niyə öz-özünə perezaqruska gedir?

Net send şəbəkə mesajı

CMD icazə

CMD

Command cmd