Aktiv İş Elanı saytı

Salam Aktiv iş elanları saytı deyə bilərsiz mənə? staj.az və boss.az-dan başqa

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-04-12 18:31:32)
Siz bir şirkət sahibi olsaz işçi axtarsaz elanı hansı saytda verərsiz? Reputasiyası bəlli olmayan hansısa pulsuz elan saytında, ya kiçik məbləğ istəyən amma ciddi şirkətlərin elan verdiyi saytda? Axı şirkət öz nüfuzunu da düşünməlidir. Loru desək uşaq-muşaq saytında pulsuz elan vermək yalnız anti-reklam olar özlərinə. Bu ciddiyyəti qazanmaq isə jobsearch-un nailiyyətidir, hansı ki düzgün strategiya ilə buna bir neçə il əvvəl nail olub. Boss.az-a da aid etmək olar bunu qismən

Jurnalist (2014-04-12 18:27:38)
Maraqlıdır ki, bu jobsearch.az bir elanı 25 manata qəbul edir və çoxsaylı elanverəni də var. Amma, kifayət qədər servislər var ki, iş elanını pulsuz dərc edirlər. Bazardakı bu kəskin fərqliliyi anlaya bilmirəm...

E. Hacı (2014-04-10 10:50:22)
jobsearch.az - köhnə dizayna malik olmağı bir az çaşdırır ilk baxışdan, amma elanlarına görə ən aktual iş elanı sayttı budur