Sıfırdan yığılan saytlar

Salam. bilmək istəyirəm . peşəkar proqramist online shopping saytını o dan nəçəyə yığır ? və ən ucuz qiymət sizcə nəçə olar ? yeni hansı qiymətdən başlayır ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

shop (2014-04-10 20:55:36)
yaxşı mən neçə ayıra bilərəm bunların hansının olduğunu ? birdə bunların nə fərqi var ? nəsə Bir təhlükə ola bilər ?

E. Hacı (2014-04-10 15:50:46)
Axı yuxarıda da yazdım, hər kəsin öz qoyduğu qiymət var. Ortalama müqayisə ilə deyirsizsə, 1200 sıfırdan yığılan elə sayt üçün real qiymət deyil, çox aşağıdır. Bəlkə cms modullarla düzəldəcək, o halda ortabab qiymətdir. CMS yəni Content Management System. Prestashop, Magento, Joomla Virtuemart, WordPress Woocommerce və.s. cms və cms modulları var alış-veriş saytları üçün, əksəriyyət də sıfırdan yığdırmaq əvəzinə məhz bunları seçir və bunlarda yığdırır. Skript termini isə yanlışdır əslində, sadəcə loru dildə deyirlər, elə dillə desək, hə, dediklərim hamsı skriptdir.

Alparslan (2014-04-10 15:02:44)
Eger ,siz ozunuz bacarsaniz,1200 manat xeyirde ola bilersiniz...

shop (2014-04-10 12:34:49)
elşən əsgər ov var. youtubeda dərslikləri var hansıki. onunla danışdım 1200 azn dedi . sağolsun ucuz dedi . sizcə bu normaldır ? və cms nədir ? yeni skript

E. Hacı (2014-04-10 11:10:25)
Salam. Hər mütəxəssisin öz qoyduğu bazar qiymətləri var. Sıfırdan az adam yığar belə şeyi, çünki hazır həllər varkən gərək duyulmur adətən. Yığsalar da normal səviyyədə proqramçı dizayn+verstka etdirməsinin də pulunu almaqla 2-5 min azn arası edər. Studiyalar isə daha baha. Shopping funksionalları çox saydadır və mürəkkəbləri də var deyə qiymət ucuz heç cür olmaz. Təbii ki keyfiyyətli işdən gedir söhbət. Ona görə də büdcəsi az olan müştərilər əksər hallarda hazır CMS həlləri tərcih edirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Noutbukda data kart problemi

VISA Card-a pul köçürmək

Pes 2013-e patch yuklemek

frome ünvan

GTA 5 Playstation 3 oyununda masin satmaq

noutbuk üçün oyunlar