Plastik kart balans

Salam mən hesabıma göndərilən pulun karta köçüb ve ya köçməməsini öyrənməkçün kartın balansına baxmaq istəyirəm,balansa bankomat vasitəsi ilə baxmaq mümkündü?yoxsa mütləq internet banking-ə və ya bunun kimi hansısa alternativ bir sistemə qoşulmalıyam ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-04-10 19:08:22)
Necə yəni mümkün deyil e, bəs bankomat nə üçündür? taxan kimi giriş edəndə balans yazılır da. Bəlkə onlar nəzərdə tutublar ki kiminsə hesabınıza pul köçürmə əməliyyatının baş tutmasına filan baxmaq istəyirsiz, hə onu internet banking-dən öyrənmək lazımdır, yox əgər balansdakı pulun miqdarından özünüz başa düşəcəksizsə ki pul gəlib ya gəlməyib, o halda sadəcə bankomat bəs edir

Ferid (2014-04-10 19:02:55)
Təşəkkür edirəm mən bankın facebook səhifəsinə yazıb sual verdim balansı bankomatda necə öyrənə bilərəm hansı bölməni seçim orda qarşıma bölmələr çıxanda mənə cavabında yazdılarki bank terminallarından bunu etmək mümkün deyil size internet banking-i məsləhət görə bilərik məndə ona görə çaş baş qaldım :)

E. Hacı (2014-04-10 17:18:20)
Salam. Kartı bankomata taxırsınız və dil seçimi və pinkoddan sonra balans yazılır. Hesaba da köçüb köçməməni asanlıqla görə bilərsiniz əlbəttə ki. İnternet, mobil banking və.s. isə bankomata getmədən əməliyyatlar aparmaq, hesab öyrənmək və.s. üçündür

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

paypal balans cixarişi

From.ae dən iphone almaq isdəyirəm. məsləhət lazımdı

Telefonda balansımın nə qədər qaldığını necə yoxlaya bilərəm?

pensiya kartında balansın öyrənilməsi

plastik kart və online ödəniş

Plastik (Debet) Bank Kartı