Gündəlik girişi 30.000 olan sayt üçün hansı server məsləhətdir?

Salam dostlar. Demək bir xəbər saytı var, təxminən gündəlik girişi 30.000-dir. Hansı serveri və hansı paketi məsləhət bilərsiniz? VPS seçimi nə dərəcədə doğrudur? Təşəkkür edirəm qadaqcadan

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Dekameron (2014-04-17 16:58:46)
Resource Usage hesablamalarla 4000-5000ə qədər rahat qaldıra bilir. Bəli MySQL bazalıdır, sayt keşləmə sistemi çox gözəl və ideal formadadır, mysql də həmçinin performance və tuninq edilib. Şəkillər, scriptlər cloudflare-də quruludur. Sayta yük daha çox Hard Disk İ/O-na düşür, bu da sistemdəki xəbər oxumalarının keş fayllar üzərindən aparılması nəticəsində olur.

Jurnalist (2014-04-15 16:18:44)
Maraqlıdır, adi hostinglə saytınız 5 min tekil istifadəçinini rahat qaldıra bilirmi və bu hostingin göstəriciləri necədir, saytınız MySql bazalıdırmı?...

Dekameron (2014-04-13 00:13:06)
Dəyərli məsləhətlər üçün təşəkkür edirəm

E. Hacı (2014-04-12 16:28:48)
Aydındır o zaman. Hələ ki VPS alın Hetznerdən. Gərək olar Cloudfare də qoşarsız. Hetzner-dən 5 ildir ki həm virtual həm real server alıb işlədirəm. Keyfiyyətlərinə şübhə yoxdur, şəxsən məni tam qane edir. Nadir hallarda maintenance işləri olur gecə vaxtları 30-40 dəqiqəlik, o da öncədən xəbər verirlər. Fiziki serverdə isə ümumiyyətlə problemlə rastlaşmamışam indiyədək. Ümumiyyətlə limitdən qaçmaq istəyirsizsə gərək fiziki alasınız, hetznerdə fiziki ucuzdur, almaq olar. Mən virtualla bağlı indiyədək hər hansı xəbərdarlıq almamışam onlardan, rus serverində olarkən isə hər ay 1-2 dəfə alırdım xəbərdarlıq. Amma yenə də, tam arxayınlıq üçün fiziki almaq olar

Dekameron (2014-04-12 15:49:51)
Dostlar çox sağol rəylərinizə görə...Saytın test edilmə periodu üçün hosting-dəyerləşdirilmişdi və 1 ay ərzində artıq 5000 gündəlik giriş var. Qısa müddətdə 30.000 edəcəklərinə heç bir şübhələri yoxdur. Hostingdə Resource Usage artıq dirənib. Belə başa düşürəm ki VPS almalıyam. Hetzneri mənə çox təriflədilər. Elvin bəy, Siz necə düşünürsünüz vServer yaxşıdırmı, Cloudflare də qoşsam Kənan bəyin göndərdiyi parametrlərlə mümkündürmü? Nəzərinizə çatdırım ki, Cache funksiyası vardır, Maksimal dərəcədə script baxımından mysql query-ləri cache-ləmişəm ki zaproslar azalsın. Bu zaman Hard Drive İ/O məsələləri qalxır...Təəssüf ki, məlumatlı deyiləm VPS təklif edn şirkətlər İ/O resource-na diqqət ayırırlarmı. Təşəkkür edirəm

E. Hacı (2014-04-11 18:02:09)
Məndə eynən bu parametrli server var, 5-6 min gündəlik ziyarətçi ilə maksimum 50% resurs xərcləməklə işləyir. Yəni bu məntiqlə 12-13 mindən sonra problem yaradar. Saytın strukturundan çox şey asılıdır. Əgər sayt müraciəti çox kiçik mikro zamanda emal edib göndərirsə və yaddaşı boşaldırsa o halda lap gündəlik 100 min olsun bu resurs yetər, yox əgər hər sorğuda 2-3 saniyə və ya daha çox emal müddəti varsa o halda online olan userlər artdıqda sayt başlayacaq problemlər yaratmağa, çünki resurslar dolacaq. Ona görə də əgər sadə xəbər saytıdırsa, normal cache sistemi varsa məncə hə, bu parametrlər yetə bilər. Verdiyiniz linkdəki qiymətlər isə çox bahadır, alman serverləri həm məsafəcə daha yaxındır, həm də 3-4 dəfə ucuzdur

kenan84 (2014-04-11 17:36:49)
burdan almaq olar CPU 2 Cores RAM 2 GB Disk Space 120 GB Bandwidth 1.5 TB uyqundu məncə.

E. Hacı (2014-04-11 11:58:53)
Salam. Daha yaxşı olar fiziki server alasınız. Avropa, Türkiyə ərazisi daha yaxşı olar nəinki Amerika. Bu tip sayt işlədən adamlardan soruşsanız daha dəqiq məlumat verərlər, çünki saytın tipindən asılı olaraq istifadəçi aktivliyi, fəallığı dəyişir. Üstəlik hansı texnologiyalardan istifadə edilməsi (veb server, veb server optimization, database optimization və.s.) böyük rol oynayır. Siz deyə bilərsiniz indiki vps-də parametrlər necədir və hansl problemlər çıxır?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Filimin dilini dəyişən proqram

Flash temasını saytıma yükləmə

Bütün faylların bərpa edilməsi

Facebook Botviet Like Sayt

Qazancı yüksək olan iş

Saytın htaccess faylı ilə bağlı kömək lazımdır