Ebayla bağlı 2 sual

Salam dostlar. Ebayla bağlı məni düşündürən 2 sual var. Düzü hal-hazırda ebay haqqında olan biliklərimin 99%ini buradakı məlumatları yazan insanlara borcluyam, sadəcə bu 2 sual qaranlıq qalıb. 1. Ebaydan spy mal sifariş vermişdim, lakin gəlib çıxmadı. Belə bir şey eşitmişdim ki, spy mallar məlum səbəblərə görə gömrükdən buraxılmır.(Məsələn: qələmin üzərində kamera) Bu mallar əksər vaxt Çindən gətirilir. Yəni ola bilər mi, məhsulu göndərən şəxs alıcını aldadır, yoxsa həqiqətən də gömrükdən buraxılmır bu tip mallar? 2. Daha bir sualım isə, mən əgər ebaydan telefon sifariş vermişəmsə(təbii ki, kitayski yox) bu telefonu burada qeydiyyata salmaq üçün məndən əlavə xərclər istənilməyəcək, və ya telefonu ümumiyyətlə qeydiyyat eləyə biləcəmmi? Çox sağ olun əvvəlcədən.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Sabir_Azeri (2014-04-14 01:58:57)
1-ci suala Elvin qardaşımızın cavabına elave olaraq deyim ki hemin mehsulları gömrük saxlamaqla beraber hemde daxili işler orqanlarınada melumat verir. Yani tekce mehsul gelmemekle qurtarmırsız, başınızıda belaya salırsız. Ona göre cehd etmeyin.

E. Hacı (2014-04-13 23:02:28)
Hər iki sualın cavabı sadədir. 1. İstənilən spy cihazı gətirmək qanunla qadağandır və yaxşısı budur ki cəhd etməyəsiniz gətirməyə. Yəni gömrük buraxmamaqla sadəcə qanuna əməl etmiş olur. 2. Original unlocked telefonu aldıqdan 1 ay ərzində mobil operator ofislərinə yaxınlaşıb qeydiyyatdan keçirə bilərsiniz. Heç bir xərc də tələb edilmir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda satıcı mənə izləmə kodunu verməyib.

ainol novo məsləhətdirmi?

Ebaydan aldığım məhsulun gecikmə səbəb.

Paypala pulum köçürülməyib

Ebaydan alınan mala verilən zəmanət nə cür işləyir ?

ebayda şikayət