Php sətir emalı

Salam. phpdən bir kömeyə ehtiyyacım var. Demək menim sql.də tarix adlı sütünum var və orda tarixlər eynən bu cür yazılıb. Məsələn: 13.Aprel.2014, Bazar, 06:05 İndi Mən istəyirəm ki, tarixdə həm 2014dən sonra olan simvollar silinsin, yeni (, Bazar, 06:05) yazısı silinsin, həmdə 13.Aprel.2014 tarixi 13.04.2014 olaraq deyişsin. Bunları hansı əmrlərlə və necə həll edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

AZN (2014-05-07 15:08:06)
Çox sağolun işimə yaradı verdiyiniz məlumatlar, Allah razı olsun.

VendeTTA (2014-04-19 02:17:56)
Elvin bəy deyən üsulun kiçik modifikasiyası. Bazadan köhnə tarixi çəkirik. [code] $tarix = '13.Aprel.2014, Bazar, 06:05'; $aylar = array(false, 'Yanvar', 'Fevral', 'Mart', 'Aprel', 'May', 'Iyun', 'Iyul', 'Avqust', 'Sentyabr', 'Oktyabr', 'Noyabr', 'Dekabr'); $yeni_tarix = date('d.m.Y', strtotime(str_replace($aylar, array_keys($aylar), preg_replace('/^([^,]*).*$/', '$1', $tarix)))); [/code] Yeni tarixi update edirik. Aydın olmasa ətraflı izah edərəm.

E. Hacı (2014-04-14 10:57:04)
Fərdi php kodu yaza bilərsiz də o halda. Məsələn [code] //dovr yazirsiz sql sutunu menimsedirsiz tutalim $tarix deyisenine //sonra $tarixyeni=explode(",",$tarix); //artiq $tarixyeni[0] size lazim olan sol terefdir. sag teref getdi. indi qaldi aylari deyismek $ayherf=array('Yanvar','Fevral','Mart','Aprel','May','Iyun','Iyul','Avqust','Sentyabr','Oktyabr','Noyabr','Dekabr'); $ayreqem=array('01','02','03','04','05','06','07','08','09','10','11','12'); $tarixyeni[0]=str_replace($ayherf,$ayreqem,$tarixyeni[0]); //Vəssalam, $tarixyeni[0]-i update sql ile qaytara bilersiz hemin sutunun yerine. [/code]

AZN (2014-04-14 00:59:05)
Cənablar, fikirimi tam izah ede bilməmişəm deyəsən. Mənim sql.də tarix sütununda 2.000 yaxin tarix yazili (14.04.2014, Bazar, 15:59) kimi məlumatım var, mən onların hamısını bir əmr verməklə yuxarıda qeyd etdiyim kimi deyişmek istəyirəm. Tarix sütununa yeni əlavə olunan məlumatlarım 14.04.2014 kimi qeyd olunur sadece köhnədən qalan 2.000 məlumat qalıbki onları düzltmək istəyirəm

Cabbarov Sübhan (2014-04-13 16:07:44)
Ay və gün bizim dilimzdə yazıldığı üçün php -də bunu normal yolla etmək olmaz. Əlavə kodlar ehtiyyacdır. Bundansa əgər sql-də olan stün tipi datetime-dırsa onda baza məlumat əlavə edəndə NOW() funksiyası ilə əlavə edin. Beləcə bazaya tarıx rəqəm formasında düşəcək. Sonra php ilə tarixi alanda heç bir dəyişiklik etmiyəcəksiniz.

EsSaykor (2014-04-13 14:26:46)
Tarixi qeyd etdirerken date("d.m.Y"); olaraq qeyd etdir 13.04.2014 formasinda yazilacaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Replace_Rexx Alternativ varmı?

PHP öyrənməyə başlamaq istəyirəm,məsləhət&köməyiniz lazım..

Nece is tapim(Web developer)?

SQL səhvi

Php get metodu və şifrələmə

Saytıma tərcümə sistemini necə əlavə edim?