Saytda reklam verən və reklam edən bir-birilərini necə tapmalı?

Saytda müəyyən qədər visitor olan reklam yerləşdirmək üçün reklam vermək istəyən şəxsin özünün müraciət edilməsi gözlənilməlidir ya necə ? Və müəyyən qədər istifadəçisi olan sayta reklam qiymətləri nə qədər olur təxmini ?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

E. Hacı (2014-05-05 18:20:36)
Agentliklər təbii ki. Əgər trafik çoxdursa

Nicco (2014-05-05 13:49:01)
Azərbaycan saytları üçün Adsense əlverişlidir yoxsa Reklam Agentlikləri?

E. Hacı (2014-05-04 22:43:34)
Salam. Reklam agenti sizi tapmalıdır, siz onu yox. netant.az, newmedia.az və.s. var

black_09 (2014-05-04 21:01:32)
Salam. Bir söz soruşum. Bəs reklam agentini necə tapmaq olar? online yolla?

E. Hacı (2014-04-17 09:14:14)
Yox yox, unikal istifadəçi sadəcə reklamçını cəlb etmək inandırmaq üçün olan göstəricidir, reklam sayğacı isə pageview ilə ölçülür,birmənalı olaraq . Bir İP-dən sui istifadə hit olsa o başqa,onu detect etmək artıq reklam sisteminin işidir. Amma təkrar edirəm, ölçülmə yalnız pageview ilə olur, Adwords də elə işləyir məsələn, pay per click və pay per view rejimləri var.

Jurnalist (2014-04-16 20:11:43)
Elvin bəy, 1000 göstəriş üçün hesablanarkən mən bilən, unique istifadəçi əsas götürülür. Məsələn, 30X5000X0,8AZN=120AZN. Çünki hit kontentə görə, çox böyük də ola bilər...

E. Hacı (2014-04-16 17:55:08)
Agentliyin təklifinə baxır. Səhv yadımda qalmayıbsa bir agentlik 80 qəpik verirdi hər 1000 view-ya. Əgər bu hesabla götürsək, 5 min unique istifadəçili saytın da 15 min pageview-a sahib olduğunu təxmin etsək. Aylıq edər 30*15000*0.8=360 azn

Jurnalist (2014-04-16 17:24:02)
Mövzu ilgimi çəkdi. Gündəlik təxminən 5 min tekil istifadəçisi olan ciddi bir informasiya saytı 300X250 ölçüdə baneri neçəyə sata bilər?...

E. Hacı (2014-04-16 16:38:47)
Agentliklər də müraciət edir əgər sayt tanıırsa. Azərbaycanda gəlirli saytların əksəri müştəri ilə işləmir. Agentlik onlardan banner yerlərini pulla alır, sonra şirkətlərə bir az üstünə qoyub satır. Yəni siz saytı populyar edəndən sonra bu özü alınan şeydir. Düzdür Azərbaycan bazarı bir qədər zəifdir, amma yenə də, olur.

Cabbarov Sübhan (2014-04-16 15:33:30)
Reklam vermək istəyən özü də axtarıb tapır ancaq bu çox az olur. Olanda da çox məhşur saytlara verirlər. Ancaq siz özünü axtarmalısınız və ya reklam agentlikləri ilə işləyə bilərsiz. Reklam qiyməti günlük istifadəçi sayına görə dəyişir 200-900 manat arası olur (mən bildiyim bu qədərdi).