blogger.com tipli layihə hazırlamaq

Salam. Çoxdandı blogger.az domain adını satın almışam. İndi fikirləşirəm ki bu ad üzərində blogger.com tipli layihə hazırlayım. İstifadəçilər özləri çünü bloq yarada bilsinlər. Məslən: cavablar.blogger.az kimi. Sizcə bu necə olardı? Buna maraq var ya yox? Əgər hazırlansa bu sistem Wordpress ilə olsa yaxşıdı ya sıfırdan hazırlanan sistem ilə?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Azerbaycan (2014-04-16 22:28:13)
Bu ise bir fikrim yoxdur ancaq ele ciddi ise cox girismek istemirsense onda o saytdan butun bloqlara kecid qoy reytinlerin duzelt bloqlar arasi yarisma kecirt(meselen ilin en yaxsi bloqu) ve s. bele bir saytda olsa pis olmaz

Cabbarov Sübhan (2014-04-16 21:36:02)
Bu işin çox çətin və ciddi iş olduğunu bilirəm. Digər rəqiblər qarşısında üstünlük təklif etməyi düşünmürəm, əsas məqsəd hansı ki bloq həvəskarları var onlar üçün kiçik də olsa bir bloq sistemi yaratmaq və milli xidmətlərdən istifadə etmələrinə şərait yaratmaqdır. Bu layihədən heç bir gəlir məqsədi daşımayacaq. Bu adın (blogger.az) boş qalması və belə bir sistemin bizdə olmaması pisdir. Təəssüf ki bizim gəncləri (özüm də elə gəncəm :) ) sosial şəbəkədən ayırmaq çətin məsələdi. Kimsə bu layihəyə dəstək versə hazırlamaq istərdim. Kiminsə bu adla bağlı yaxşı ideyası varsa bölüşsəniz şad olaram.

Jurnalist (2014-04-16 20:00:22)
Çox cəsarət tələb edən işdir, məncə. Bir zamanlar Azeriblog, Yumroo, Azersayt layihələri də çox iddialı görünürdülər...

E. Hacı (2014-04-16 18:01:15)
Salam. WordPress MultiUser mode-u var bunun üçün. Əgər üstündə kifayət qədər yaxşı işləyə bilsəz, özəlliklər qata bilsəz və.s. o halda niyə də yox. Sıfırdan çox çətin olar belə bir şəbəkənin proqram təminatı, çox da baha olar. Üstündə 1 il işlənilsə belə yenə də WP MU səviyyəyə çata bilinməz, çünki işin həcmi çoxdur. Maraqlı ideyadır, amma nəzərə almaq lazımdır ki 1. Wordpress.com və blogger.com artıq var, onlardan üstün nə təklif edəcəksiniz ki sizi seçsinlər? 2. Azərbaycanda bloggerlərin sayı da çox azdır, bunu necə artıracaqsız? Bu iki suala cavab tapa bilsəz, niyə də yox. Bir də fikirlərini, "beyin məhsullarını" sosial şəbəkələrdə, xüsusən də Facebook-da mənasız və faydasız yerə israf edən minlərlə gəncimiz var, onları cəlb edə bilərsiz, bu halda yuxarıdakı iki suala da cavab tapılar avtomatik. Hətta deyərdim tək ümid bu kontingentdir, çünki artıq bloq yazan adamları siz bura çətin ki cəlb edə biləsiz, bloq yazmayanları cəlb etmək olar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Blogger saytım google axtarışında çıxmır,niyə?

Bloggerde bolme acmaq

Blogu necə məşhurlaşdırmaq olar?

Blogger.com ilə bağlı sual

Yazıları kateqoriyaya alma (HTML)

Bloq haqda bilmədiyim