Samsung galaxy S3 yoxsa Apple Iphone 4 ?

Salam .Telefon almaq istəyirəm. Sizcə hansı məsləhətdir? İphone 4 yoxsa samsung galaxy s3

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Bextiyar Azeroglu (2014-04-18 22:45:21)
2012nin əvvəlindən samsung galaxy ace işlədirəm. indiyə kimi 1000lərlə app-lər yükləmişəm heç vaxtda virus düşmüyüb. ilişmək söbəti əllə sayılacaq qədər az olub (nəzərə alaqki bu model heç də güclü smartfon deyil). birdə indiyə kimi heç kimdən eşitməmişəmki desin androidə virus düşüb.

E. Hacı (2014-04-18 19:26:49)
Salam, tam əksinədir, donma problemləri əsasən iphone-un ən son olmayan modellərində olur. Android isə ios ilə müqayisə edilməsi düzgün deyil. Çünki Android smartfonlar bir şirkət tərəfindən buraxılmır. Ona görə də əgər Android smartfonunuz donursa deməli ya low-end işlədirsiz ya da düzgün vendor seçməmisiniz. Məsələn Nexus 4, Nexus 5, Motorola Moto X, Motorola Moto G, HTC One və.s. modellər var ki lap 100 dənə app yazsaz da donma nədir ümumiyyətlə bilməyəcəksiz. Smartfon alarkən qiymətinə yox, peşəkar rəylərə, praktiki fikirlərə önəm verin, və çalışın Pure Android smatfon əldə edin. 15 aydır Nexus 4 işlədirəm, indiyədək bir dəfə də donmayıb, hər hansı şışirmə deyil ha, doğurdan da donma sayı = sıfırdır hələ də. Yaddaşı da 8GB-dır deyə demək olar tam doludur, tez-tez bəzi şeyləri silirəm deyə yer qalsın, buna rəğmən çox çevikdir

Elnur (2014-04-18 12:30:08)
android üçün gündə bir app çıxmağının nəyi yaxşıdır axı? gündə biri çıxır yarsı da virus. play store-a kim nə gəldi yükləyir. + androidlər dona-dona işləyir əsəblərini pozacaq. məndə hal-hazırda androiddi və çox narazıyam. əvvəl yaxşı idi ama sonra app-lar çoxaldı yaddaşı da artdı və s. problemlər çoxaldı.iPhone daha yaxşıdı. nə virus düşür nə də donmaq kimi problemləri olur. kamera keyfiyyəti də yaxşıdır. məsəlçün samsunglarda 8mpx kameralar elə çəkir elə bil 5 mpx ilə çəkmisən ama iphoneların kameraları yaxşıdır. + iphone kameraları üçün lenslər var. fotoaparat kimi də istifadə edə bilərsən telefonu :))

Həsən (2014-04-17 22:09:07)
4s ola biler. Ama 4 ile müqayisede s3 seçimi daha yaxşı olardı.

Namaz Penahov (2014-04-17 21:36:38)
Allah haqqi eger imkanin varsa s4 mini al yada sebr ele 100 manat da tap samsung galaxy s4 al qara ela ona da pul olmasa s4 mini al o full isleyir

Bextiyar Azeroglu (2014-04-17 21:28:52)
android sistem məncə daha üstündür deyə s3 seçərdim. Androidə gündə yüzlərlə maraqlı app-lar çıxır. amma ios sistem biraz qapalıdır.