C#-a vaxt sərf etməyə dəyər?

Salam dostlar! Mümkünsə məsləhət verin. Mən programlaşdırma dili seçmə mərhələsindəyəm, tam ixtisaslaşmaq məqsədiylə. Mənlə eyni qrupda təhsil alanların əksəriyyətinin C#-a meyl etdiyini görub məndə marağlandım. Qısa vaxtda Windows Forms Application bölməsində kiçik programlar, daha sonra sadə, lakin müəyyən əhəmiyyətə malik programlar yazmağı öyrəndim. Qeyd edim ki C, C++ dillərin bilmirəm, amma heç bir çətinlik çəkmədim. İndi bilmirəm, bu dilə mükəmməl istisaslaşmağa dəyər ya yox. .NET dən aslılığı, Linux`da dəstəklənməməsi bu dilin sərhədlərin çoxmu daraldır? İllərimi sərf etməyə hansı dili məsləhət görürsüz? Əvvəlcədən məsləhət verən hər kəsə təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Sanan (2014-04-21 20:18:12)
Tam? Çalışacam 2`sin də yaxşı öyrənəm

Azerbaycan (2014-04-21 18:57:22)
Səhv eliyirsiz birin öyrənin amma tam

Sanan (2014-04-21 18:21:01)
Onar Alili, E. Hacı çox sağulun, Artıq başladlğlm üçün C#`ı orta səviyyədə öyrənənəcən davam etdirəcəm, Daha sonra Java`ya başlıyram İnşallah.

E. Hacı (2014-04-21 11:38:07)
Salam. Bəli, sərhədləri daraldır. Proqramçının Windows ilə məhdudlaşması çox ciddi sərhəddir mənə görə. .NET də buna bir növ məcbur edir. Təbii ki, istəyən əlavə də məşğul ola bilər digər dillərlə, amma İXTİSASLAŞMA deyə bir şey də var etiraf edək, o da yalnız bir prioritet seçməyə vadar edir. C# seçməyin əsas üstünlüyü isə hazırda bu platforma üzrə iş tapmağın çox asan olmasıdır. Demək olar bütün iri müəssisələr, banklarda belə vakansiyalar var. Java ona nisbətən bizim yerli bazarda xeyli az vakansiyaya malikdir. Ona görə də seçim sizindir. Əgər qısa zamanda işləmək üçün yox, inkişaf üçün istəyirsizsə, indiki seçiminiz yekun seçim deyil, nə zaman istəsəz "switch" edə bilərsiz gələcəkdə daha uyğun bildiyinizə. Əsas odur vaxt boşa getməsin və platformalardan birində inkişaf edəsiz :)

Onar Alili (2014-04-21 11:15:27)
Salam Əgər platformadan asılı olmamaq istəyirsizsə Java seçə bilərsiz.Microsoft texnologiyaları ilə işləmək istəyirsizsə C#. .NET inteqrasya olunub linux sistemlerinə sadəcə Java qədər effektiv deyil.Bütün bunlardan əlavə əsas olan və bir mühəndis proqramçının diqqət etməsi lazım olan algorithms və data structures,design patterns və s. mövzulardır bunlar üzərinə diqqət yetirsəz və yaxşı mənimsəsəz əksər dilə tez bir vaxta adoptasiya ola bilərsiz.Uğurlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C++ pi ədədinin hesablanması üçün kömək lazımdır

C++ proqramlaşdırma dili

Oyunlar hazırlamaq

c++ da proqram

Proqramist üçün hansı dilləri bilmək lazımdı

C++ kod