Əməliyyat sistemləri harada yazılır?

Salam əməliyyat sistemləri harda yazılır? Yəni biz proqramı məsələn dev c++ la hazırlamırıq, bəs windows,linux harda haz ırlanır?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

ferid.s (2014-04-25 08:22:05)
Əvvəlcə yüklədiyiniz mənbə kodu faylını genişləndirirsiniz. tar -xvvf linux_xxx.tar.gz Daha sonra genuşlənmə nəticəsində yaranan qovluğa daxil olursunuz cd linux_xxx Bundan sonra nüvəni konfuqurasiya edirsiniz make config Konfiqurasiya etdikdən sonra isə kompilyasiya edirsiniz, bunun üçün sadəcə make əmrini daxil etməlisiniz make Sizin kompüterinizin sürətindən asılı olaraq bu proses müəyyən qədər vaxt apara bilər. Qeyd edim ki, make əmri modulları da kompilyasiya etdiyindən ilk dəfə çox vaxt sərf olunacaq , 1-2 saat. Lakin növbəti dəfə sadəcə nüvənin özünü kompilyasiya etmək istəsəniz make bzİmage əmrini daxil etməlisiniz. Modulları ayrı kompilyasiya etmək üçün make modules əmrini daxil etmək lazımdır. Kompilyasiya bitdikdən sonra yeni nüvəni sistemə quraşdırma üçün make install əmrini daxil etməlisiniz. Bu əmr sizdən root hesabı istəyəcək. Vəssalam . Sistemi yenidən yükləyirsiniz (reboot) və nüvələrin seçimi pəncərəsindən yeni kompilyasiya etdiyiniz nüvəni seçirsiniz və sistem sizin yeni yaratdığınız nüvə ilə yüklənəcək.

Azerbaycan (2014-04-24 17:54:05)
Linuxu yüləyəndən sonra onu necə quraşdırmaq olar?

ferid.s (2014-04-24 08:06:27)
Əməliyyatlar sistemi tək bir proqramdan ibarət deyil. Müxtəlif proqram paketlərinin məcmusundan ibarətdir. O cümlədən, sistem əmrləri, grafik istifadəçi interfeysi, drayverlər, kompilyatorlar, mətn redaktorları, arxiv proqramları və əlbəttdəki sistemin mahiyyətini ifadə eliyən NÜVƏ proqram kodu. Bütün bu saydığımız proqramları istənilən dildə yazmaq olar adi proqramlar yazıldığı kimi. Misal üçün Windows sisteminin ilk burxılışlarının nüvəsi PASKAL-da yazılıb, daha sonra C++ -a keçirilib. Unix -in ilk versiyası assemblerdə, sonrakılar isə (bu günə qədər) C -də yazılıb. Windows öz nüvəsi barədə elə də məlumat yaymır və onun hansı mühitdə və dildə yığıldığını demək çətindir, amma çox böyük ehtimalla C++ dilində Visual Studio mühitində yığılır. Linux -a gəlincə C və Assembler dillərində yığılır və GCC kompilyatoru ilə kompilyasiya olunur. kernel.org satında Linux -un bugünə qədər olan istənilən versiyasını yükləyə bilərsiniz.

Cabbarov Sübhan (2014-04-24 00:50:45)
ƏS-ləri Assembler və C dili ilə hazırlanır. Bu dillər komputerə ən yaxın dil hesab edilir və daha sürətlidirlər. Bu dillərdə işləmək çətindir və uzun təcrübə lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

samsung GT-E2222 mobil telefonu üçün Adobe Flash Player

instaqram nədir

Noutbukum zaryatka yigmir

Android Gta San Andreas

Paypal pulu bloka salıb

Azərbaycanda assembler proqramçısına ehtiyac var?