Galaxy S3 Ram işlətməsi

Salam zəhmət olmasa şəkilə baxın görün ramın belə olması normaldır/? yaddaşda dolu deyil

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2014-04-24 16:02:26)
Xeyr belə birmənalı fikir düz çıxmaz. Root hem heç bir telefona lazım deyil, həm də bütün telefonlara lazımdır. Yani baxır tələbə məqsədə. Şəxsən mənə lazım deyil, eləcə də əksəriyyəte lazım deyil. Lazım olanlara isə hər bir telefonda lazımdır. Nexus 5i root edib cyanogen yazanlar var.

ferhad22 (2014-04-24 15:08:22)
bes niye s3 de ram azdi 831 ?

Həsən (2014-04-24 09:00:46)
Nexus 5den başqa bütün Android ES'li telefonlara root lazımdır.

Mehman Elxanoglu (2014-04-23 22:04:41)
Root yaxşı bir şeydir desəm, düz olmaz. Ancaq pis şeydir də demək düzgün olmaz. Bilirsiniz necədir, əgər həqiqətən nə etdiyinizi (nəyi silmək, nəyi modifikasiya, nəyi təmizləmək, nəyi "qurdalamaq" və s.) bilirsinizsə, root bu zaman pis bir şey deyil, çünki, yuxarıda sadalananları və daha artığını etmək üçün Sizə məhz root lazım olacaq. Yox əgər nədənsə ehtiyatlanırsınızsa və ya başa gələnlərin altından çıxa bilməyəcəyinizdən ehtiyatlanırsınızsa, bu zaman root Siz üçün pis bir şeydir. Qısa desəm, telefonun altına da, üstünü də, içini də, cikini də, bikini də bilirsinizsə, root yaxşı, bilmirsinizsə, pis bir şeydir.;) Qaldı ki, zəmanətə... Zəmanətin şərtlərini oxumaq lazımdır, əgər təhlükəli proqram və ya sistem modifikasiyası kimi bir cümlə(lər) varsa, o zaman root zəmanətə təsir edə bilər.

Ismayil (2014-04-23 21:33:02)
root ümumiyyətlə yaxşı şeydirmi ID\ onu etdikdə qarantiya qüvvədən düşür, ?birdə etmək çətindirmi?

Mehman Elxanoglu (2014-04-23 21:14:42)
Hard format (Data Wipe) etdikdə bu haradasa 350-400 MBdır, zamanla bu artır, hal-hazırda özümdə 450-500 MB olur. Əgər telefonun arxası qızırsa, deməli, RAM üzərinə güc düşür, buna da fikir versəniz, daha yaxşı olardı. Ilham Baxislinin sözünə qüvvət root edib, Sizə lazım olmayan default appları wipe edib, sonra silsəniz (Titanium Backup və ya hər hansı digər app ilə) RAMı bir az da təmizləmiş olarsınız, mən özüm də bu cür etmişəm.

Baxisli Ilham (2014-04-23 21:02:02)
Men bilen normaldı. Ram-ı daha çox öz proqramları işledir. öz proqramlarını root edib lazımsız proqramları sile bilersiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PES-in RAM tələbi hər il artır?

RAM-i az işlədən Windows Xp SP3

Chipset: spreadtrum vs mtk

RAM SEÇİMİ

Ferqli markalı Ram taxmaq problem olur?

2x GTX 780Ti vəya GTX 690 SLİ