Komputerlə bağlı sual

Salam dostlar, mənim notbukla bağlı bir sualım var. Artıq uzun müddətdir ki, notbukdan aradabir səslər çıxır, məsələn bir adam şəhərin ortasında danışır, rusca və ya dj fm aparır kimi səslər çıxır, qəribə səslənsə də mənə də maraqlı gəlir ki bu səslər necə gəlir. Maraqlısı budur ki, heç bir sayta girmədən də olur, məsələn filmə baxdıgım zaman başqa səslər gəlir rok musiqi falan filmi dayandırıram həmin səs davam edir, girib nastroykadan səsi bağlamayınca kəsilmir 4-5 dəq belə davam edir. Bunun qarşısını necə ala bilərəm bilən var? Təbii format fikirləşirəm amma vacib fayllar çoxdur, əgər bunun qarşısını almaq mümkün deyilsə format qaçılmazdı. Əvvəlcədən təşəkkürlər. Şəklin linki:

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Dilsuz (2014-04-25 13:15:16)
Salam. Sizin kompyuterinizdə Realtek Audio adlı proqram təminatı varsa onu silin və birdə yaxşı olardı məlumat verəsiniz bu səslər internet bağlantısı olmayanda olur ya yox?

vusal94 (2014-04-25 12:16:50)
sistemi geri cekib yoxlayin

Nazimelim (2014-04-24 21:41:09)
Şəkli: http://i.share.az/images/c4e3c/18085/dc77a7faa86b6e9c545b6a.jpeg